«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 11:26 AM
Main » Articles » Nurlu kelamlar » Elmin həqiqəti (4)

Elmin həqiqəti (4)
Elmin həqiqəti (4)



DÖRDÜNCÜ BÖLMƏ: MANEƏLƏR

Çevirən:
ƏLƏDDİN MƏLİKOV
Birinci fəsil: Elm və hikmətin hicabları (pərdələri)

Həvəs
Quran
"(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız? (Haqqı bildiyi halda küfr edənin cəzası, haqqı bilmədən, cahilliyi üzündən küfr edənin cəzasından daha ağırdır. Çünki alimlə cahilin məsuliyyəti eyni ola bilməz!)"[1]
Hədis
Allahın rəsulu (s): Hər bir şeyə məhəbbət bağlamaq (insanı) kor və kar edər.[2]
İmam Əli (ə): Sizi həvəsdən çəkinməyə tövsiyə edirəm. Çünki (insanı) kor olmağa çağırır, axirət və dünyada azğınlığa səbəb olur.[3]
İmam Əli (ə): Hər kəs ürəyini bir şeyə verə (ona məhəbbət bağlaya) gözü kor, qəlbi xəstə olar.Görməyən gözlə baxar, eşitməyən qulağıla qulaq asar. Şəhvətlər ağlını yırtar, dünya qəlbini öldürər, belə ki, ruhu ona (dünyaya) bağlanar. O, dünyanın və dünyadan bir şey əlində olanların qulu olar. (Dünya) hansı səmtə gedərsə o da gedər və hər yerə dönərsə oda dönər.[4]
İmam Əli (ə): Hikmətlə şəhvət birlikdə bir qəlbə sığmazlar.[5]
Dünya məhəbbəti
İmam Əli (ə): Dünyaya məhəbbət bağlamaq ağılı aradan aparar və ürəyi hikmət eşitməkdən saxlayar.[6]
İmam Əli (ə): Dünya zinətləri, zəif ağılları aradan aparır.[7]

Günah
Quran
"Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!"[8]
"Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!"[9]
Hədis
Peyğəmbəri- əkrəm (s): Hər vaxt mömin günah edərsə, onun qəlbində qara bir nöqtə yaranar, əgər tövbə və istiğfar edərsə, o nöqtə aradan gedər və təmizlənər. Amma əgər günahı çoxaldarsa, qara nöqtələr (qəlbində) çoxalar. Bu insan ürəyinin paslanması (və daşa dönməsi)- dir. Ki, Allah onu öz kitabında bəyan etmişdir:[10]
"Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır."[11]
Peyğəmbəri- əkrəm (s): Bəndə günah edərsə daha yaxşı bildikləri elmləri unudar.[12]
İmam Baqir (ə): Xəta (və günah) etmək kimi qəlbi qaraldan bir şey yoxdur.[13]

Qəlbin xəstəlikləri
Quran
"Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır."[14]
Hədis
Peyğəmbəri- əkrəm (s): Tabe- adında qəlbləri möhürləyən bir qüvvə- ərşin sütunlarından birindən asılmışdır. Bir şəxsdən xəta və günah baş verərsə və o Allahın itaətindən üz döndərərsə, o zaman Allah onu göndərər ki, günahkarın qəlbini möhürləsin. (onun qəlbi möhürləndikdən sonra, artıq) heç bir şey dərk edib, düşünə bilməz.[15]
İmam Hadi (ə): Hikmət, fasid (yararsız və xəstə) ruhları faydalandıra bilməz.[16]

Zülm və sitəm
Quran
"Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (kəlmeyi-şəhadətlə) sabitqədəm edər. Allah zalımları (haqq yoldan) sapdırar. Allah istədiyini edər!"[17]
"Nuhun ardınca öz ümmətlərinə peyğəmbərlər göndərdik. Onlar (öz ümmətlərinə) açıq-aşkar möcüzələr gətirmişdilər. Bunlar isə öncə (peyğəmbər gəlməzdən əvvəl) yalan hesab etdikləri şeylərə iman gətirmədilər. Biz (küfr etməklə, günah işləməklə) həddi aşanların ürəklərini belə möhürləyirik."[18]
(Həmçinin erkək və dişi olmaqla) bir cüt dəvə və bir cüt inək. De: "(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki (müxtəlif cinsli) dişinin qarınlarındakı balaları haram buyurdu? Yoxsa Allah bunu (iddia etdiyinizi) sizə tövsiyə etdiyi zaman (orada) şahid idiniz? Heç bir biliyi olmadan insanları (haqq yoldan) azdırmaq üçün Allaha qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru yola salmaz!"[19]
"Əgər sənə (sənin bu təklifinə) cavab verməsələr, bil ki, onlar öz nəfslərinə uymuşlar. Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan (Rəbbinə şərik qoşandan, küfr edəndən) haqq yolu daha çox azmış kim ola bilər?! Allah zalım tayfanı doğru yolda müvəffəq etməz!"[20]
"De: "Bir deyin görək, əgər (bu Quran) Allah dərgahından olsa, siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid (Quranın həqiqiliyinə) onun özü kimisi (Tövrat) ilə şəhadət verib iman gətirsə və siz (yenə ona qarşı) təkəbbür göstərsəniz (zalım olmazsınızmı)? Allah zalımları doğru yola müvəffəq etməz!"[21]

"Onlar (yəhudilər) axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların nə əzabı yüngülləşər, nə də onlara kömək olunar."[22]
"(Ya Rəsulum!) Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi (Nəmrudu) görmədinmi? (Və ya əhvalatını bilmirsən?) İbrahim: "Mənim tanrım həm dirildir, həm də öldürür",- dediyi zaman, o (Nəmrud): "Mən də həm dirildir, həm də öldürürəm",- demişdi. İbrahim ona: "Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!" - dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah (özünə) zülm edənləri düz yola yönəltməz!"[23]
"Bilirik ki, onların (Quran barəsində) dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi peyğəmbər olduğunu yaxşı bilirlər). Ancaq o zalımlar (müşriklər) Allahın ayələrini inadla inkar edirlər."[24]
"İslama dəvət olunduğu halda, Allaha qarşı yalan uydurandan (Onun peyğəmbərinə sehrbaz deyəndən) daha zalım kim ola bilər?! Allah zalım qövmü doğru yola yönəltməz!"[25]
"Elə isə (məscid) binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin(uçurumun) kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz!"[26]
"(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. (Ya Rəsulum!) Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu!"[27]
"Xeyr, bu (Quran) elm verilmiş kəslərin sinələrində (əzbər) olan açıq-aydın ayələrdir. (Və ya: sənin yazıb oxumaqla məşğul olmadığını kitab əhlindən olan elm sahibləri öz ürəklərində açıq-aşkar bilirlər). Bizin ayələrimizi yalnız zalımlar (kafirlər) inkar edərlər."[28]
Hədis
Zülm və sitəmdən uzaq olun, o, sizin qəlblərinizi viran edər.[29]

Küfr
Quran

"Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!"[30]
"Allah (haqq yoldan) kafirləri belə azdırar!"[31]
"Allah kafirlərin ürəklərini belə möhürləyər."[32]
Hədis
İbrahim ibn Əbi Mahmud: İmam Rzadan (ə)Allahın bu ayəsinin (Allah onların ürəklərini və qulaqlarını möhürləyər) barəsində soruşdum (yəni onun izahını istədim): İmam belə buyurdu: (Ayədə gələn) xətm (kəlməsindən məqsəd) möhürləməkdir (və kilid vurmaqdır) ki, kafirlərin küfr etməsinə görə onların ürəklərinə (qəlblərinə) vurulur, necə ki Allah başqa bir ayədə belə buyurur:
"Bəli, öz küfrləri üzündən Allah onların ürəklərinə möhür vurmuşdur (kilidləmişdir). Buna görə də onların yalnız az bir hissəsi iman gətirər"[33] [34]

Fasiqlik (aşkara günah etmək)
Quran
"(Ya Rəsulum!) Xatırla ki, bir zaman Musa öz qövmünə demişdi: "Ey qövmüm! Mənim Allahın sizə göndərilmiş peyğəmbəri olduğumu bildiyiniz halda, niyə məni incidirsiniz?" Onlar (haqdan) üz döndərdi. Allah (Özünə asi olan) fasiqləri doğru yola yönəltməz!"[35]
"(Ey müşriklər!) Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?"[36]

"Onlar hər bir yalançıya, günahkara nazil olarlar".[37]

İsraf
Quran
"Firon ailəsindən olub imanını gizli saxlayan bir kişi dedi: "Məgər siz bir adamı: "Rəbbim Allahdır!"- deməyinə görə öldürəcəksiniz?! Halbuki o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmişdir. Əgər o, yalan deyirsə, ancaq öz əleyhinədir (zərərinədir); yox, əgər doğru danışırsa, onun qorxutduğu əzabın bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah (Ona şərik qoşmaqla, böhtan atmaqla) həddi aşanı, yalançını doğru yola müvəffəq etməz."[38]
"And olsun ki, daha öncə Yusif sizə açıq-aşkar dəlillər(möcüzələr) gətirmişdi. Siz onun gətirdiklərinə şəkk edib dururdunuz. Nəhayət, (Yusif) vəfat etdikdə: "Allah ondan sonra əsla peyğəmbər göndərməyəcəkdir!"- dediniz. Allah (küfr etməklə) həddi aşan, şəkk içində olan kimsəni belə yoldan azdırar!"[39]

Qəflət
Quran
"Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!"[40]
Hədis
İmam Əli (ə): Qəflətdə olan nadan qalar.[41]
İmam Əli (ə): Hər kəs, ona qəflət qalib gələrsə qəlbi ölər.[42]
İmam Əli (ə): Təfəkkür işıq gətirər, qəflət qaranlıq.[43]

Arzu (uzun arzular)
Quran
"(Ya Rəsulum!) Qoy (kafirlər) hələ (istədikləri kimi) yeyib içsinlər, (dünyadan) ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər!"[44]
Hədis
Peyğəmbəri- əkrəm (s): Hər kəs dünyaya rəğbət bəsləyə və dünyada uzun- uzadı arzuları ola, Allah onun qəlbini dünyaya bəslədiyi rəğbəti qədər kor edər.[45]
İmam Kazım (ə): Hər kəs, üç şeyi üç şeyə üstün edərsə, elə bil ki, öz məhv olmasına kömək etmişdir:
Birincisi odur ki,- təfəkkür işığını uzun arzularla qaranlığa döndərə.
İkincisi odur ki,- Ələ gətirdiyi hikmətləri bihudə sözlərlə, yersiz danışmaqla- məhv etsin.
Üçüncüsü odur ki, ibrət nurunu nəfsi istəklərilə söndürsün.
Bu təqdirdə öz həvəs və nəfsi istəkləri ilə ağlını aradan aparmalı olacaqdır və hər kəs öz ağlını öz əlilə məhv edərsə öz din və dünyasını məhv etmişdir.[46]

Təkəbbür
Quran
"Allah hər təkəbbür sahibinin, zalımın ürəyini (təkəbbür, zülm sahibi olan hər bir qəlbi) belə möhürləyər!"[47]
"Şübhəsiz ki, (Rəbbindən) özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəyində ancaq bir təkəbbür (böyüklük iddiası, sənə qarşı həsəd) vardır. Onlar heç vaxt Ona (böyüklüyə, peyğəmbərlik dərəcəsinə) çatmayacaqlar. Sən Allaha pənah apar. Həqiqətən, O, (hər şeyi) eşidəndir, görəndir!"[48]
"Onların (münafiqlərin) halı (qaranlıq gecədə) od yandıran şəxsin halına bənzər. Od (yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah onların işıgını keçirər və özlərini zülmət içərisində qoyar, (artıq heç nə) görməzlər."[49]
"Ayələrimizi yalan hesab edib onlara təkəbbürlə yanaşanlar isə cəhənnəmlikdirlər və onlar orada əbədi qalacaqlar!"[50]
"Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz (əməlləri, duaları qəbul olunmaz, ruhları göyə qalxmaz) və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara (müşriklərə və kafirlərə) belə cəza veririk!"[51]
"(Təkəbbür üzündən iman gətirməyi) özlərinə ar bilənlər: "Sizin inandığınıza (Salehin peyğəmbərliyinə) biz inanmırıq!" - dedilər."[52]
"De: "Bir deyin görək, əgər (bu Quran) Allah dərgahından olsa, siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid (Quranın həqiqiliyinə) onun özü kimisi (Tövrat) ilə şəhadət verib iman gətirsə və siz (yenə ona qarşı) təkəbbür göstərsəniz (zalım olmazsınızmı)? Allah zalımları doğru yola müvəffəq etməz!"[53]
"Kafir olanlara isə (belə deyiləcəkdir): "Məgər ayələrim (dünyada) sizə oxunmurdumu?! Amma siz (onlara qulaq asmağa, iman gətirməyə) təkəbbür göstərdiniz və günahkar bir tayfa oldunuz!"[54]
"Onlara: "Gəlin Allahın Peyğəmbəri (Rəbbinizdən) sizin bağışlanmağınızı diləsin!"-deyildiyi zaman (istehza ilə) başlarını bulayar və sən (Ya Rəsulum!) onların təkəbbürlə üz çevirdiklərini görərsən."[55]
Hədis
İmam Kazım (ə): Əkin daşlıqda deyil hamar yerdə (torpaqda) göyərdiyi kimi, hikmətdə təkəbbürlülərin deyil, təvazökarların qəlbində göyərər.[56]
İmam Baqir (ə): Hər kəsin qəlbinə bir zərrə də belə olsa təkəbbür yol taparsa, elə o qədər ağlından azalar.- Təkəbbür bu mənfi təsirini öz sahibində qoyacaqdır- istər az olsun, istərsə də çox.[57]
Özünü bəyənmək (lovğalıq)
İmam Əli (ə): Özünü bəyənmək (lovğalıq etmək) ağılı aradan aparır.[58]
İmam Sadiq (ə): Hər kəsin özündən xoşu gələrsə həlak olar və hər kəsin öz rəyindən (fikrindən) xoşu gələrsə, məhv olar.
İsa ibn Məryəm (ə) buyurmuşdur: Bütün xəstəlikləri Allahın izni ilə müalicə etdim və bütün xəstələrə- onun iznilə- şəfa verdim; korları və xora xəstəliklərini Allahın izni ilə sağaltdım, hətta onun izni ilə ölüləri müalicə edib diriltdim, amma istədim axmaqları müalicə edəm lakin bacarmadım və onları islah edə bilmədim. Camaat soruşdular: Ey Allahın ruhu! Axmaq kimdir? İsa Peyğəmbər buyurdu: Axmaq odur ki, özündən və öz rəyindən xoşu gələ özünü bəyənə, öz fikirinə öyünə. Axmaq odur ki, bütün üstünlükləri özündə sanır və heç bir üstünlüyü özündən üstün bilmir, hər bir şeydə özünü haqlı bilir və öz öhdəsində heç bir haqqı görmür. Bu xislətlərə malik olan şəxs o axmaqdır ki, dərdinə dərman yoxdur və islah olmağına heç bir çarə yoxdur.[59]

Aldanmaq
İmam Əli (ə): Hiylələrə uymaq (aldanmaq) ağılı azaldır.[60]
İmam Əli (ə): Şeytanın aldatmağı (və hiyləsi) zinətləndirir və insanı tamahlandırır.[61]

Tamah
İsa (ə): Belə deyil ki, bal həmişəməşkdə saf və salamat qalsın, hikmətdə belədir, o, hər qəlbdə dirilməz və saf qalmaz.
Məşk nə qədər ki, paralanmayıb ya qurumayıb və ya iylənməyib bal töküb saxlamaq üçün ondan istifadə etmək olar. Qəlblər də belədir, nə qədər ki, şəhvətlər onları yırtmayıb, tamah onu bulamayıb və dünya nemətləri onu bərkitməyib hikmətin becərilməsi üçün münasib yer ola bilər.[62]
Peyğəmbəri- əkrəm (s): Tamah hikməti alimlərin qəlbindən alar.[63]

Qəzəb
İmam Əli (ə): Qəzəb ağılları aradan aparır və düzgün fikirlərləşməyin qarşısını alır.[64]
İmam Əli (ə) ona mənsub olan hikmətli kəlamlarında belə buyurur: Qəzəb və pis hirs azda olsa belə puh və ağıl üçün çoxdur, ürək sıxıcıdır və ağıl və dərrakəni azaldır.[65]
İmam Sadiq (ə): Qəzəb və hirslənmək həkimin qəlbini məhv edər.
Həmçinin buyurur: Hər kəs öz qəzəbinə sahib ola bilməyə (və onu konturol edə bilməyə) özünə də sahib deyildir.[66]
Baş qatmaq (və ömürü hədər etmək)
İmam Əli (ə): Hər nə qədər bihudə işlərlə baş qatılarsa bir o qədər ağıl və düşüncə azalar.[67]
İmam Əli (ə):Bihudə oyunlarla baş qatışdırıb gününü keçirmək və bihudə əməllərə qurşanmaq ağıllıların işi deyil.[68]

Öz başınalıq
İmam Əli (ə): Öz başınalıq səni uçuruma aparar və həlakətə uğradar.[69]
İmam Əli (ə): Ağıllarınızı təqsirləndirin və danlayın, çünki səhv etmək onlara etimad etməklə yaranır.[70]

Təəssüb
Quran
"Onlara: "Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!" - deyildiyi zaman: "Atalarımızın getdiyi yol bizə yetər",- deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?!"[71]
Hədis
Peyğəmbəri- əkrəm (s): Hər kəsin qəlbində bir xardal dənəsi boyda təəssüb olsa, Allah onu qiyamət günü cahil ərəblərlə qaldıracaqdır. (onların cərgəsində olacaqdır).[72]
İmam Əli (ə): Məqsədi batil olan haqqı tapa bilməz, baxmayaraq ki, haqq günəşdən də aşkar olsa belə.[73]

Cədəl və mübahisə
İmam Əli (ə): Hər kəs batil (və yersiz) cədəl və mübahisəni çoxaldarsa (və buna adət edərsə gözü) həqiqət işığı görməz və əbədi olaraq kor qalar.[74]
İmam Əli (ə): Hər kəsin cədəli və mübahisəsi çox ola səhvdən amanda olmaz.[75]

Şərab içmək
İmam Əli (ə): Allah ağılı qoruyub saxlamaq üçün şərab içməyi qadağan etdi.[76]
İmam Rza (ə): Allah şərabı haram etdi, çünki o fitnə- fəsada səbəb olur şərabı içənlər ağıllarını dəyişir, onları Allahı inkar etməyə ona və onun peyğəmbərinə yalan bağlamağa vadar edir və digər (çirkin) əməllərə səbəb olur.[77]

Çox yemək
Peyğəmbəri- əkrəm (s): Çox yemək Allahdan uzaqlaşmağa səbəb olar; Qarınlarınızı doldurmayın ki, hikmət nurunu qəlbinizdə söndürər.[78]
Peyğəmbəri- əkrəm (s): Qarın dolarsa, ürək hikməti özündən xaric edər.[79]
İmam Əli (ə): Çox yemək istedadın qarşısını alır.[80]
Elm və hikmət pərdələri barəsində məsələlər və mətləblər

Birinci mətləb: Hikmət pərdələrinin dairəsi
Elm və hikmət pərdələrinin barəsində olan birinci mətləb budur ki, bu pərdələrin və hicabların mane olmasının dairəsi nə qədərdir. Bu maneələr hissi, əqli və qəlbi dərketmələrin hamısına aiddir, yoxsa müəyyən bir sərhəddi vardır? Bu suala cavab vermək üçün gərək maneələri müxtəlif quruplara bölək:

Birinci qurup: Rəsmi elmlərin afət və maneələri; utanmaq[81], düz düşünə bilməmək[82] və bədənpərvərlik[83] kimi bu qurupa aid olan mənşələr əqli dərketmələrin maneələridir və maneələrə aid olan hədislər bunlar barəsində elədə çox deyil.
İkinci qurup: Əqli və qəlbi dərketmələrə şamil olan maneələr; Ücb- özünü bəyənmə və özündən razı qalma- təəssüb və diktatorluq kimi.[84]
Bu manelər ağılın həqiqəti düzgün seçməyinin qarşısını alır, qəlbi qeybi və İlahi ilhamlardan və hidayətlərdən məhrum edir
Üçüncü dəstə: Həqiqi elm və ya elm nurunun maneələri; zülm, küfr, israf və ümumiyyətlə günahlar kimi.[85]
Bu maneələr ürək güzgüsünü qaraldır, ruhu xəstələndirir və insanı həqiqi elmdən bəhrələnməsinə mane olur; baxmayaraq ki, o şəxs rəsmi elmlərin uca mərhələlərinə malik olsun.Əgər bu xəstəlik uzun sürərsə insanın qəlbi xarab olar və o İlahi hidayətdən məhrum olacaqdır. Bu halda əbədi azğınlığa düçar olacaqdır. Quranı- Kərim bu şəxsləri belə vəsf etmişdir:
"Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır."[86]
"Xeyr, o gün Rəbbinin mərhəmətindən məhrum olacaqlar!"[87]
"Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!"[88]
Bu fəsil göstərir ki, Quran və hədislər maneələri tanımaq bəhsində bu dəstəyə (üçüncü dəstəyə) xüsusi təkid etmişdir.
İkinci mətləb: Elm nuru maneələrinin kökü
Qeyd etdik ki, Zülm, küfr, israf və ümumiyyətlə hər bir günah elm nurunun maneələrindəndir. Mühüm mətləb budur ki, elm nurunun maneələrinin hamısının bir kökü vardır və o həvəsin (ağıla) qalib olmasıdır. Elə buna görədə həvəsi bütün mərifət maneələrinin başında vurğuladıq. Həvəs elə bir tufandır ki, nalayiq rənglərə boyanmış cür- bəcür tozların yaranmasına səbəb olur. Bu tozlar qəlbdə tutqunluq yaradır (və onu bulandırır) belə ki, insanı elm nurundan bəhrələnməkdən məhrum edir, gözü görə- görə yolunu azır. Allah– Mütəal bu barədə belə buyurur:

"(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız? (Haqqı bildiyi halda küfr edənin cəzası, haqqı bilmədən, cahilliyi üzündən küfr edənin cəzasından daha ağırdır. Çünki alimlə cahilin məsuliyyəti eyni ola bilməz!).[89]
Buna əsasən, elm nurunun maneələri ilə mübarizə aparmaq üçün həvəsin kökünü kəsmək zəruri sayılır.
Üçüncü mətləb: Vəsvəsə mənşəələri
Digər mühüm mətləblərdən biri budur ki, elm nurunun maneələri şeytanın vəsvəsələrinin mənşələri kimi də hesaba gəlir. Bu maneələr nəinki insan təkcə, həqiqi maarifdən və İlahi ilhamlardan məhrum edir, hətta onu şeytanın vəsvəsələrinə məruz qoyur və ondan doğan yalan hisslərə də düçar edir. Elə buna görə də rəvayətlərdə mülahizə edirik ki, həvəs və təkəbbür ağlın afətlərindən sayıldığı kimi şeytanın toru da hesab olunmuşdur.[90]
Bu barədə İmam Zeynalabidin (ə)- a mənsub olan münacatuş- şakin (şikayətçilərin münacatı) (duasında) belə oxuyururq: "Ey mənim Allahım! Sənə məni azdıran düşməndən, batil yola çəkən, qəlbimi vəsvəsə ilə dolduran, batil xəyallar və puç fikirlərlə əhatə edən şeytandan şikayət
edirəm. (Sənə şikayət edirəm) vəsvəsələri ilə həva- həvəslərimi himayə edən, dünya məhəbbətini gözüm önündə bəzəyən və mənimlə sənin aramızda fasilə salan (şeytandan) [91]
Buna əsasən şeytanın insana hakimiyyət etməsinin əsil amili nəfsani həvəslərdir. Bu nəfsani həvəslər mərifət maneələrinin yaranmasına səbəb olur. Şeytan vəsvəsələri üçün yol açır. Bu maneələri aradan aparan şəxslərə və quran sözü ilə desək, Allah bəndəliyinin mərtəbəsinə yetişən şəxslərə, şeytana vəsvəsə etmək üçün yol yoxdur:
"Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində (onları yoldan çıxarıb günaha vadar etməyə) sənin heç bir hökmün olmaz!"[92]
İkinci fəsil: Maneələri aradan aparanlar

Quran
Quran
"(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!"[93]
"Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır."[94]
"Əgər Biz onu özgə bir dildə olan Quran etsəydik (Məkkə müşrikləri): "Məgər onun ayələri (bizim üçün) müfəssəl izah olunmalı deyildimi?! Bu nədir? (Quran) özgə dildə, (Peyğəmbər isə) ərəbmidir?!" - deyərdilər. (Ya Rəsulum!) De: "O, iman gətirənlərə hidayətdir və (cəhalət xəstəliyinə tutulmuş ürəklərə) şəfadır. İman gətirməyənlərin isə qulaqlarında karlıq (ağırlıq) vardır. O, (Quran) onları kor etmişdir. Onlar (sanki) uzaq bir yerdən çağırılırlar. (Heç bir şey eşitməz, heç bir şey anlamazlar)."[95]

Hədis
Peyğəmbəri- əkrəm (s): Bu Quran Allahın (onunlabəndələri arasında) iki, işıqlı (hidayət edici) nur və faydalı dərmandır.[96]
İmam Əli (ə) Quranın vəsfində:- Allah onu elə bir dərman qərar veribdir ki, onunla elə bir dərd qalmaz (və onu elə bir nur veribdir ki) onunla heç bir zülmət qalmaz.[97]

Nəsihət
İmam Əli (ə): Nəsihətlərlə qəflət aradan gedər.[98]
İmam Əli (ə): Nəsihətin səmərəsi ayıqlıqdır.[99]
İmam Əli (ə): Nəsihətlər ruhları təmizləyir, qəlbləri parıldadır.[100]

Təqva
Quran
"Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyül lütf (mərhəmət) sahibidir!"[101]
"Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, (Allah) sizə Öz mərhəmətindən iki pay versin, sizə (qıl körpüsü üstündə) getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayandır, rəhm edəndir!"[102]
"Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə(Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır."[103]

Hədis
İmam Əli (ə): İlahi təqva qəlblərininzin dərdinin dərmanı, qəlblərinizin gözlərinin işığı, cisminizin xəstəliklərinin müalicəsi, ürəklərinizin tutqunluğunu islah edən, ruhlarınızın tulluğunu duruldan və gözlərinizi işıqlandırandır.[104]
İmam Əli (ə): Hər kim təqva ağacı əkərsə, hidayət meyvəsi dərər.[105]

Zikr (Allahı xatırlamaq)
Quran
"Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı urcah edərik və onun (Şeytanın) yaxın dostu olar."[106]
Hədis
Peyğəmbəri- əkrəm (s): Allahı yad etməklə (xatırlamaqla) qəlblər dirilər.[107]
Peyğəmbəri- əkrəm (s): Bu qəlblərin təravəti Allahı yad etmək və Quran tilavəti ilədir.[108]
İmam Əli (ə): Hər kəs Allahı yad edərsə, Allah onun qəlbini dirildər, ağıl və düşüncələrini işıqlandırar.[109]

Allaha pənah aparmaq (sığınmaq)
Quran
"Bismillahir-rəhmanir-rəhim!
1. (Ya Peyğəmbər!) De: "Pənah aparıram insanların Rəbbinə;
2. İnsanların ixtiyar sahibinə;
3. İnsanların tanrısına;
4. Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-
5. O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
6. (O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]".[110]
"Əgər sənə Şeytandan (bu əmr olunduğun işləri yerinə yetirməmək məqsədilə) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!"[111]
Hədis
İmam Səccad (ə) şeytana nifrin- qarğış- edərkən: Ey mənim Alahım! Batili bizə bəzəyən (şeytanı) bizə tanıtdır, tanıtdırarkən bizi onun (hiylələrindən) qoru. Onun hiylələri qarşısında mübarizə aparmağı və çarə tapmağı bizə öyrətməklə gözümüzü işıqlandır. Onun qarşısında ehtiyacımız olan hazırlıqları bizə ilham et və bizi qəflət yuxusundan ayılt. Bizə ona qələbə çalmağa kömək et.[112]

Tövbə
İmam Əli (ə): Tövbə edən (hidayət) yolunu tapar.[113]
İmam Sadiq (ə): Ürəklər də misin pasları kimi paslanır, onları istiğfar ilə aradan aparın.[114]

Bəla
Quran
"(Müşriklər) gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) dini (ibadəti) yalnız Ona məxsus edərək (ixlasla) Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşarlar."[115]
"(Müşriklərə) de: "Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiyamət başınızın üstünü alsa, Allahdan başqasına dua edib yalvaracaqsınızmı? Əgər doğrudanışanlarsınızsa (deyin görək)![116]"

"Xeyr, yalnız Ona (Allaha) dua edib yalvaracaqsınız. O əgər istəsə, yalvardığınız bəlanı aradan qaldırar, siz də Ona şərik qoşduğunuz bütlərinizi unudarsınız. (Buna görə də başınıza bir bəla gəlməmişdən əvvəl Allaha ibadət edin. Ona heç bir şərik qoşmayın!) "[117]
"Sizə dənizdə bir çətinlik (batmaq təhlükəsi) üz verdiyi zaman (Allahdan) qeyri ibadət etdiyiniz bütlər qeyb olar. Lakin O sizi xilas edib quruya çıxartdıqda (itaətindən) üz döndərirsiniz. İnsan nankordur!"[118]
"İnsana bir zərər toxunduqda tövbə edərək Rəbbinə yalvarar. Sonra (Allah Öz) dərgahından ona bir nemət əta etsə, əvvəlcə kimə dua etmiş olduğunu unudar və (xalqı) Allah yolundan (islam dinindən) çıxartmaq üçün Ona şəriklər qoşar. (Ey Peyğəmbər! Ona) De: "Hələ küfrünlə bir müddət dövran sür. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!"[119]
"İnsana bir zərər toxunduğu (sıxıntı üz verdiyi) zaman Bizə dua edər. Sonra dərgahımızdan ona bir nemət əta etdikdə: "Bu mənə yalnız biliyimə (ticarətdən, qazanc işlərindən başım çıxdığına) görə verilmişdir!" - deyər. Xeyr, bu bir imtahandır, lakin onların (insanların) əksəriyyəti (cahilliyi üzündən bunu) bilməz!"[120]
"İnsanlara bir ziyan toxunduğu zaman Rəbbinə tərəf dönüb Ona tövbə edərlər. Sonra (Allah) Öz mərhəmətindən onlara daddıran (onları möhnətdən qurtaran) kimi içərilərindən bir qismi Rəbbinə şərik qoşar."[121]
"Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə siqdi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: "Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!"[122]
"İsrail oğullarını dənizdən (sağ-salamat) keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. (Firon) batacağı anda: "İsrail oğullarının inandıqlarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq (Ona) təslim olanlardanam!"- dedi."[123]
Hədis
İmam Həsən Əsgəri (ə): Təkcə Allahdır ki, hər bir məxluq bütün çətinliklərində və hər bir ehtiyaclı vaxtlarında hər bir kəs və hər bir vasitədən ümüdü kəsilən vaxt ona tərəf üz gətirir.[124]

Elm və hikmət maneələrinin dərmanları barəsində izah

Bu fəsildə, Quran moizə, təqva, zikr, istiazə, (pənah aparmaq), tövbə, bəla, şeytan vəsvəsələri və mərifət maneələrindən yaranan xəstəlikləri müalicə edə biləcək dərmanlar ünvanı ilə qeyd olunubdur. Bu dərmanların mərifət maneələrinin necə aradan aparmaqlarını və bunların vasitəsi ilə necə ruhu mərifət pakılğı bilmək üçün bir neçə mətləbə diqqət etmək lazımdır:

Ruhun qidası və ilaham mənşəyi
Mərifət maneələrinin dərmanları barəsində ən mühüm mətləb budur ki, bu dərmanlar qəlbdən və fikirdən mərifət maneələrini məhv etməkdən əlavə ruhun xörəyi və ilham mənşəyi kimi də hesablanırlar. Bunların mərifət maneələrinin dərmanı olmaqla ilham mənşəyi olması arasında nəinki heç bir ziddiyyət yoxdur, hətta onlar üçün bir növ kamaldır, necə ki, əgər cismin dərmanları, cism üçün xörək olarsa bu onun üçün bir növ kamal sayılır.
Bu dediklərimizə əsasən, mərifət mənşələri dərmanı ünvanı ilə qeyd olunanlar ilham mənşəyi kimi də ünvanlana bilər; Məxsusən Quran, təqva və zikrin rolu həqiqi mərifətdə olduqca böyükdür. Bu fəsildə qeyd etdiyimiz amillərin dərman ünvanı ilə gətirilməsi onların ruhun xəstəliklərinin müalicəsində və mərifət maneələrinin aradan aparılmasında önəmli rolu olduğuna xatirdir. Bu amillərin belə bir mühüm rolunun olması Quran ayələrində və hədislərdə də vurğulanmışdır.

Mərifət dərmanlarının təsir dairəsi
Mərifət dərmanları barəsində olan digər bir mətləb budur ki, bu dərmanlar mərifətin hansı maneələrinin (xəstəliklərinin) dərmanıdır. Bu dərmanlarla hər bir mərifət maneələrini aradan aparmaq (və hər bir mərifət xəstəliklərini müalicə etmək) mümkündürmü?
Hissi Manelər və rəsmi elmlərin maneələrini bu dərmanlarla müalicə etmək olarmı? Bir sözlə bu mərifət dərmanlarının təsir dairəsi nə qədərdir?
Bu sualın cavabı budur ki, bu dərmanlar təkcə üçüncü dəstəyə aid olan mərifət maneələrinə yəni, elm nurunun maneələrinə aiddir, baxmayaraq ki, bəzən bəzi rəsmi elmlərin maneələrini də bu dərmanlarla müalicə etmək mümkündür.

Mərifət dərmanlarından istifadə etmək qaydaları
Mərifət dərmanlarına aid olan üçüncü mətləb budur ki, bu dərmanlar münasib təsir etmək üçün hansı keyfiyyətlə və hansı şəraitlə istifadə edilməlidir.
Bu sualın cavabı qısa şəkildə budur ki, ümumiyyətlə hər bir dərmanın münasib təsir etməsi üçün məxsus şərtlərə ehtiyac olduğu kimi, mərifət dərmanlarının təsiri üçün müəyyən şəraitə ehtiyac vardır; Məsələn: Quran tilavəti (quran oxumaq) insan qəlbində olan pasları və mərifət maneələrini təmizləyir və aradan aparır, lakin bunun iki şərti vardır:
Birincisi Quranı oxuyarkən onun ayələrində təfəkkür etmək (fikirləşmək) (necə ki, hədisdə gəlmişdir) təfəkkürsüz edilən qiraətin faydası və xeyri yoxdur.[125]
İkincisi isə mərifət maneələrindən qorunmaq; müvəqqətidə olsa belə əgər hər hansı bir şəxs Quranı təfəkkürlə birlikdə qiraət edə, lakin zülmdən , təəssübdən və digər günahlardan qorunmaya, şübhəsiz onun bu tilavəti ona şəfa bəxş etməyəcəkdir. (Çünki) Allah zalımları hidayət etməz[126] və Allah fasiq (və günahkarları) düz yola yönəltməz [127].
Quran hidayət edəndir, amma o kəslər üçün ki, mərifət maneələri sayılan hidayət maneələrini öz (hidayət) yolunun qarşısından götürsün". Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə(Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.[128]
Əgər tilavət edən şəxs tilavətin şərtlərinə riayət etməzsə nəinki onun bu tilavəti ona şəfa bəxş etməyəcək və maneələri aradan qaldırmayacaqdır, hətta qəlbin maneələrini artıracaqdır.
"Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır."[129]
Belə qarilər ( qiraət edənlər) nəinki Allahın rəhmətinə nail olmayacaqlar, hətta onun lənətini də qazanacaqlar: "Nə çox quran tilavət edənlər vardır ki, Quran onları lənətləyir." [130]
Mərifət dərmanlarının təsiri üçün başqa şərtlərdə vardır ki, biz onları digər fürsətlərə saxlayırıq.

Mərifət dərmanlarının növləri
Mütəal Allah mərifət maneələrini müalicə etmək üçün yaradılış aləmində iki növ dərman müəyyən etmişdir: Biri Peyğəmbərlərin təlimi, o biri isə acı həm də ibrətli hadisələr.
Peyğəmbərin ən kamil proqramı sayılan Quranı kərim mərifət xəstəliklərini moizə və nəsihət, təqva, Allahı xatırlamaq, dua və Allah dərgahına istiazə etmək, Allaha pənah aparmaq və tövbə yolları ilə müalicə edir. Mənəvi xəstəliklərin məxsusən mərifət xəstəliklərinin əsas müalicəsi sayılan İlahi Peyğəmbərlərin təlimləri ilə yanaşı zəruri hallarda bəla və həyatın digər acı hadisələri kimi sakit edici (və keylədici) dərmanlarda (bəzi mənəvi xəstələr üçün) müəyyən edilir:
"Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini (peyğəmbərləri tanımadıqları üçün bir müddət) müsibətə və bəlaya (xəstəlik, yoxsulluq, qıtlıq, aclıq və s.) saldıq ki, bəlkə, (günahlarını başa düşərək Allaha) yalvarıb-yaxarsınlar!"[131]

Aradan getməyən maneələr (sağalmayan mənəvi xəstəliklər)
Mərifət maneələri üç dəstədən ibarətdir. Onların ikisi müalicəsi mümkün olan, üçüncüsü isə müalicəsi mümkün olmayan maneələr (və xəstəliklər)- dir.
A.   İbtidai və zəif maneələr: İkinci fəsildə şərh edilmiş mərifət maneələri, həmçinin qəlbin (Mənəvi) maneələri ruhun pasları və elm nurunun maneələri sayılır. (mənəvi) xəstəliklərin əvvəllərində (adətən) bu maneələr (və mikroblar) kiçik və ibtidai olduğu üçün Peyğəmbərlərin təlimi onları müalicə edib sağalda bilər.
B.    İnkişaf etmiş, lakin (bununla belə) müalicəsi mümkün olan mane (və xəstəliklər): Əgər mərifət maneələri (və mikrobları ibtidai halda olarkən) müalicə edilməzsə (bu mikroblar) tədricən (inkişaf edərək) qəlbin bütün hissələrinə yayılır. Amma bu mikroblar qəlbin nə qədər ki,güzgüsünü tamamı ilə əhatə etməyib müalicə olunmaq imkanına malikdir.
Belə xəstəlikləri müalicə etmək üçün bəla dərmanından bəhrələnmək lazımdır, (bəla dərmanı) moizə dərmanından da qüvvətlidir. Qəlb və ürək paslarını moizə ilə müalicə etmək, güzgünü su ilə yumaq kimidir, amma onu bəla (dərmanı) ilə müalicə etmək qılıncı od ilə itiləmək kimidir.
Qalın pasları yalnız od ilə təmizləmək mümkündür. Elə buna görə də Quranı kərim bəla və müsibətlərin fəlsəfəsi barəsində buyurur:
"Biz ən böyük əzabdan (axirət əzabından) əvvəl onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, (tövbə edib düz yola) qayıdalar!"[132]
İmam Əli (ə) Bu barədə belə buyurmuşdur: Hər zaman gördün Allahu subhan ardıcıllıqla sənə bəla göndərir, bil ki, səni ayıltmaq istəyir.[133]
C.   İnkişaf etmiş və müalicəsi mümkün olmayan maneə (və xəstəliklər)

Peyğəmbərin ən kamil proqramı sayılan Quranı kərim mərifət xəstəliklərini moizə və nəsihət, təqva, Allahı xatırlamaq, dua və Allah dərgahına istiazə etmək, Allaha pənah aparmaq və tövbə yolları ilə müalicə edir. Mənəvi xəstəliklərin məxsusən mərifət xəstəliklərinin əsas müalicəsi sayılan İlahi Peyğəmbərlərin təlimləri ilə yanaşı zəruri hallarda bəla və həyatın digər acı hadisələri kimi sakit edici (və keylədici) dərmanlarda (bəzi mənəvi xəstələr üçün) müəyyən edilir:
"Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini (peyğəmbərləri tanımadıqları üçün bir müddət) müsibətə və bəlaya (xəstəlik, yoxsulluq, qıtlıq, aclıq və s.) saldıq ki, bəlkə, (günahlarını başa düşərək Allaha) yalvarıb-yaxarsınlar!"[131]

Aradan getməyən maneələr (sağalmayan mənəvi xəstəliklər)
Mərifət maneələri üç dəstədən ibarətdir. Onların ikisi müalicəsi mümkün olan, üçüncüsü isə müalicəsi mümkün olmayan maneələr (və xəstəliklər)- dir.
A.   İbtidai və zəif maneələr: İkinci fəsildə şərh edilmiş mərifət maneələri, həmçinin qəlbin (Mənəvi) maneələri ruhun pasları və elm nurunun maneələri sayılır. (mənəvi) xəstəliklərin əvvəllərində (adətən) bu maneələr (və mikroblar) kiçik və ibtidai olduğu üçün Peyğəmbərlərin təlimi onları müalicə edib sağalda bilər.
B.    İnkişaf etmiş, lakin (bununla belə) müalicəsi mümkün olan mane (və xəstəliklər): Əgər mərifət maneələri (və mikrobları ibtidai halda olarkən) müalicə edilməzsə (bu mikroblar) tədricən (inkişaf edərək) qəlbin bütün hissələrinə yayılır. Amma bu mikroblar qəlbin nə qədər ki,güzgüsünü tamamı ilə əhatə etməyib müalicə olunmaq imkanına malikdir.
Belə xəstəlikləri müalicə etmək üçün bəla dərmanından bəhrələnmək lazımdır, (bəla dərmanı) moizə dərmanından da qüvvətlidir. Qəlb və ürək paslarını moizə ilə müalicə etmək, güzgünü su ilə yumaq kimidir, amma onu bəla (dərmanı) ilə müalicə etmək qılıncı od ilə itiləmək kimidir.
Qalın pasları yalnız od ilə təmizləmək mümkündür. Elə buna görə də Quranı kərim bəla və müsibətlərin fəlsəfəsi barəsində buyurur:
"Biz ən böyük əzabdan (axirət əzabından) əvvəl onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, (tövbə edib düz yola) qayıdalar!"[132]
İmam Əli (ə) Bu barədə belə buyurmuşdur: Hər zaman gördün Allahu subhan ardıcıllıqla sənə bəla göndərir, bil ki, səni ayıltmaq istəyir.[133]

C.   İnkişaf etmiş və müalicəsi mümkün olmayan maneə (və xəstəliklər)

Əgər bu maneələr (və mikroblar) o qədər inkişaf edib və qəlb güzgüsünün bütün hissələrinə yayılaraq onu xarab edərlərsə, artıq nəinki mövizə hətta bəla da onun xəstəliyinin müalicəsindən aciz qalacaqdır, necə ki Həzrət Əli (ə) buyurmuşdur: "Hər kəsə Allahın bəlası və imtahanları fayda verməzsə, daha ona heç bir nəsihət təsir etməz."[134]
Hənçinin buyurmuşdur: "Fəryadı eşitməyən yavaş və ahəstə səsi necə eşidə bilər?"[135]
Müalicəsi mümkün olmayan xəstəliklərin nişanələrindən batil və puç əqidələrdə şiddətli təəssüb etmək və heç vaxt haqqı qəbul etməməyi misal göstərmək olar. Quranı kərim bu şəxsləri belə vəsf edir: "Allahın onu bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartması".[136]
Bu halda hətta Peyğəmbərlərin möcüzələri də onlar üçün faydasızdır. Elə buna görədir ki, bütün xəstəlikləri müalicə edən Həzrəti İsa (ə) buyurur: Axmağı müalicə etmək üçün hər nə qədər çalışdımsa, lakin onu islah edə bilmədim.
Soruşdular: Ey Allahın ruhu axmaq kimdir?
Buyurdu: Özünü bəyənən, özbaşına, bütün fəzilətləri özündə görən və öz boynunda heç kimsənin haqqını hiss etməyən şəxsdir. Bu şəxs elə bir nadandır ki, dərdinin dərmanı yoxdur.[137]
Bu sağalmayan xəsyəliklərə düçar olan şəxslər bəzən ölüm anına qədər də qəflət yuxusundan oyanmırlar. Əbu Cəhli bu şəxslərdən hesab etmək olar. Peyğəmbəri- əkrəm (s) Bədr döyüşünün sonunda Əbu Cəhlin cənazəsinin kənarında duraraq belə buyurdu: "Əbu Cəhlin Allahla düşmənçiliyi Firondan da çoxdur. Çünki Firon həlak olmasına yəqin edərkən Allahın birliyinə etiraf etdi, amma Əbu Cəhl öz həlakətinə yəqin edərkən Lat və Üzzanı (iki bütün adları) çağırdı."[138]
Bu azğınlar təkcə öləndən sonra ayılırlar, necə ki İmam Əli (ə) buyurmuşdur: "Camaat yuxudadır, öləndən sonra ayılırlar."[139]

[1] - Casiyə surəsi, ayə 23
[2] - Əlfəqih, cild 4, səh 380, hədis 5814
[3] - Dəaimul- İslam, cild 2 səh 350, Hədis 1297
[4] - Nəhcül- bəlağə, xütbə 109
[5] - Ğürərul- hikəm, hədis 10915
[6] - Ğürərul- hikəm, hədis 4878
[7]- Ğürərul- hikəm, hədis 5494
[8] - Zumər surəsi, ayə 3
[9] - Rum surəsi, ayə 10
[10] - Sünəni- ibn Macə, cild 2, səh 1418, hədis 4244
[11] - Mutəffifin surəsi ayə 14
[12] - Uddətuddai, səh 197
[13] - Kafi, cild 2, səh 268, hədis 1
[14] - Mutəffifin surəsi ayə 14
[15] - Şuəbul- iman, cild 5, səh 444, hədis 7214
[16] - Əlamuddin, səh 311
[17] - İbrahim surəsi, ayə 27
[18] - Yunus surəsi, ayə 74
[19] - Ənam surəsi, ayə 144
[20] - Qəsəs surəsi, ayə 50
[21] - Əhqaf surəsi, ayə 10
[22] - Bəqərə surəsi, ayə 86
[23] - Bəqərə surəsi, ayə 258
[24] - Ənam surəsi, ayə 33
[25] - Səf surəsi, ayə 7
[26] - Tövbə surəsi, ayə 109
[27] - Nəml surəsi, ayə 14
[28] - Ənkəbut surəsi, ayə 49
[29] - Səhifətu- Riza, səh 97 hədis 33
[30] - Maidə surəsi, ayə 67
[31] - Ğafir surəsi, ayə 74
[32] - Əraf surəsi, ayə 101
[33] - Nisa surəsi, ayə 155
[34] - Ehticac, cild 2, səh 369, hədis 303
[35] - Səf surəsi, ayə 5
[36] - Şüəra surəsi, ayə 221
[37] - Şüəra surəsi, Ayə 222
[38] - Ğafir surəsi, ayə 28
[39] - Ğafir surəsi, ayə 34
[40] - Əraf surəsi, ayə 179
[41] - Ğürərul- hikəm, hədis 7686
[42] - Ğürərul- hikəm, hədis 8430
[43] - Ğürərul- hikəm hədis 65
[44] - Hicr surəsi, ayə 3
[45] - Töhəful- uqul, səh 60
[46] - Kafi, cild 1, səh 17, hədis 12
[47] - Ğafir surəsi, ayə 35
[48] - Ğafir surəsi, ayə 56
[49] - Bəqərə surəsi, ayə 17
[50] - Əraf surəsi, ayə 36
[51] - Əraf surəsi, ayə 40
[52] - Əraf surəsi, ayə 76
[53] - Əhqaf surəsi, ayə 10
[54] - Casiyə surəsi, ayə 31
[55] - Munafiqin surəsi, ayə 5
[56] - Töhəful- uqul, səh 396 və 504
[57] - Hilyətul- Əvliya, cild3, səh 180.
[58] - Ğürərul- hikəm, səh 726
[59] - Əl- ixtisas, səh 221
[60] - Ğurərul- hikəm, hədis 6552
[61] - Ğurərul- hikəm, hədis 6389
[62] - Töhəful- uqul, səh 504
[63] - Kənzul- umman, cild 3, səh 495, hədis 7576
[64] - Ğurərul- hikəm, hədis 1356
[65] - Şərhi- Nəhculbəlağə, cild 20, səh 281, hədis 231
[66] - Kafi, cild 2 səh 305, hədis 13
[67] - Ğurərul- hikəm, hədis 8426
[68] - Ğurərul- hikəm, hədis 7568
[69] - Ğurərul- hikəm, hədis 1510
[70] - Ğurərul- hikəm, hədis 2570
 [71] - Maidə surəsi, ayə 104
[72] - Kafi, cild 2, səh 308, hədis 3
[73] - Ğurərul- hikəm, hədis 9023
[74] - Ğurərul- hikəm, hədis 8853
[75] - Ğurərul- hikəm, hədis 8115
[76] - Nəhcul- bəlağə, hikmət 252
[77] - Uyuni Əxbaririza, cild 2, səh 98, hədis 2
[78] - Tarixi – Dəmeşq, cild 19, səh 447, hədis 4546
[79] - Tənbihul- xəvatir, cild 2, səh 119
[80] - Ğurərul- hikəm, hədis 652
[81] - Utananın elmi az olar, (Kafi, cild 2, səh 106, hədis 3)
[82] - Elmin ələ gəlməməsi məhz eşidənin pis və səhv düşünməyi səbəbindəndir, (Ğurərul- hikəm, hədis 10559)
[83] - Elm bədənpərvərliklə ələ gəlməz, (Ğurərul- hikəm, hədis 10684)
[84] - Bax: 1\12, 1\13, 1\18, 1\17, 1\15
[85] - Bax: 1\5, 1\6, 1\8, 1\7, 1\3
[86] - Mütəffifin surəsi, ayə 14
[87] - Mütəffifin surəsi, ayə 15
[88] - Əraf surəsi, ayə 179
[89] - Casiyə surəsi, ayə 23
[90] - Bax: dördüncü bölmə, elm və hikmətin maneələri, birinci fəsil. Həvəs və təkəbbür.
[91] - Səhifeyi Səccadiyyə, səh 403, dua 183
[92] - Hicr surəsi, ayə 42
[93] - Yunus surəsi, ayə 57
[94] - İsra surəsi, ayə 82
[95] - Fussilət surəsi, ayə 44
[96] - Əlmüstətrək- Ələssəhiheyn, cild 1, səh 741, hədis 2040
[97] - Nəhcül- bəlağə, xütbə 198
[98] - Ğurərul- hikəm, hədis 4191
[99] - Ğurərul- hikəm, hədis 4588
[100] - Ğurərul- hikəm, hədis 1354
[101] - Ənfal surəsi, ayə 29
[102] - Hədid surəsi, ayə 28
[103] - Bəqərə surəsi, ayə 2
[104] - Nəhcül- bəlağə, xütbə 198
[105] - Kənzul- fəvaid, cild 1, səh 279
[106] - Zuxruf surəsi, ayə 36
[107] - Tənbihul- xəvatir, cild 2, səh 120
[108] - Tənbihul- xəvatir, cild 2, səh 122
[109] - Ğurərul- hikəm, hədis 8876
[110] - Nas surəsi, ayələr 1- 6
111] - Əraf surəsi, ayə 200
[112] - Səhifeyi- Səccadiyyə, dua 17
[113] - Kafi, cild 2, səh 395, hədis 1
[114] - Üddətud- dai, səh 249
[115] - Ənkəbut surəsi, ayə 65
[116] - Ənam surəsi, ayə 40
[117] - Ənam surəsi, ayə 41
[118] - İsra surəsi, ayə 67
[119] - Zumər surəsi, ayə 8
[120] - Zumər surəsi, ayə 49
[121] - Rum surəsi, ayə 33
[122] - Yunus surəsi, ayə 22
[123] - Yunus surəsi, ayə 90
[124] - Tovhid, səh 231, hədis 5
[125] - Biharul- Ənvar, cild 92, səh 211, hədis 4
[126] - Ənam surəsi, ayə 144, Qəsəs 5, Əhqaf 10
[127] - Munafuqun surəsi, ayə 6
[128] - Bəqərə surəsi, ayə 2
[129] - İsra surəsi, ayə 82
[130] - Camiul- əxbar, səh 130, hədis 255
[131] - Əraf surəsi, ayə 94
[132] - Səcdə surəsi, ayə 21
[133] - Ğurərul- hikəm, hədis 4046
[134] - Nəhcülbəlağə, xütbə 176
[135] - Nəhcülbəlağə, xütbə 4- Əl- irşad cild 1, səh 253
[136] - Casiyə surəsi, ayə 23
[137] - Əl- ixtisas, səh 221
[138] - Əmaliyet- tusi, səh 310, hədis 926
[139] - Xəsaisul Əimmə, səh 112 s
Category: Elmin həqiqəti (4) | Added by: IslamQadini (2013-08-12)
Views: 2400 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]