Main » Articles » Nurlu kelamlar » FANİ DÜNYA VƏ ONUN HƏLAK EDİCİ CAZİBƏSİ |
Nurlu kelamlar
FANİ DÜNYA VƏ ONUN HƏLAK EDİCİ CAZİBƏSİ
365–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Ölmüş şəxsin cənazəsi (dəfn olunmaq üçün) aparılan zaman ruhu cəsədinin üstündə dayanıb fəryad edər: Ey övladlarım, ey qohumlarım, olmaya dünya məni aldatdığı kimi sizi də aldada! Halal-haramı yığıb başqaları üçün qoydum, zəhməti mənim, ləzzəti isə başqalarının oldu! (Hesab-kitabını, əzabını mən çəkəcəyəm). Bəs çalışın, mənim günümə düşməyin.
Biharul-ənvar /6/161. *** 366–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Əgər insan əcəlinin necə də tez yetişəcəyini bilsəydi, dünyadan və dünya arzularından cana doyardı.
Biharul-ənvar /73/166. *** 367–İmam Kazim əleyhissalam buyurur: Dünya zahiri yumşaq, batini isə zəhərli olan ilana bənzər. Ağıllı, savadlı insanlar belə bir ilandan qaçar, uşaqlar və nadanlar isə ilanı tutmaq üçün onun üstünə gedərlər.
Biharul-ənvar /78/311. *** 368–İmam Sadiq əleyhissalam buyurur: Bütün pislik və günahların mənbəyi dünyaya bağlanmaqdır.
Kafi /2/315. *** 369–İmam Hüseyn əleyhissalam buyurur: (Bə`zi) insanlar dünyanın quludurlar, dindarlıqları yalnız dillərindədir, maddi həyatları yaxşı olsa dindardırlar, çətinlik yarandıqda, imtahan edildikdə isə görərsən ki, dindar azdır.
Biharul-ənvar /78/117. *** 370–İmam Həsən əleyhissalam buyurur: Cisminin yeməyi barəsində düşünən, ruhunun qidasını unudan şəxslərə təəccüb edirəm. Onlar qarınlarını zərər verici yeməklərdən qoruyur, amma sinəsini puç və həlakedici şeylərlə doldurur.
Səfinətül-bihar /2/84. *** 371–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Hərislik, qorxu və paxıllıq imanın azlığı və Allaha bədgümanlığın nəticəsidir. | |
Views: 1194 | Rating: 0.0/0 |
Total comments: 0 | |