«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 0:05 AM
Main » Articles » Gənclər üçün 100 dərs

10-CU DƏRS: DÖRD BAXIŞ
10-CU DƏRS: DÖRD BAXIŞ
İslamda işraqilik və məşailikdən əlavə daha iki mühüm fəlsəfi baxış vardır: ürfan və kəlam. Ürfan ardıcılları arif, kəlam ardıcılları mütəkəllim adlanır. İslam fəlsəfəsində ilkin araşdırmalar ariflər və mütəkəllimlərə məxsusudur.
Məşşailərə Farabi, İbn Sinanı, işraqilərə Şeyx İşraq, Qütbəddin Şirazinin, ariflərə Cüneyd Bağdadi, Zünnu Misrini, mütəkəllimlərə Şeyx Müfid, Şeyx Mürtəzanı misal göstərmək olar.
Onu da qeyd etməliyik ki, mütəkəllimlər də öz növbəsində üç qrupa bölünür: Mötəzilə, əşəri, şiə.
Fəlsəfə və hikmətdə mövcud olan bütün cərəyanlar dörd nəzəri əsasdan birini daşıyır. Onlar ya istidlali, ya zövqi, ya təcrübi, ya da cədəli hikmətə üstünlük verirlər.
Bütün cərəyanların əsas mövzusu varlıqdır. Varlıq aləmi dörd hissəyə ayrılır:
11- Təbiət aləmi; 2- Təbiətdən üstün misal və ya mələkut aləmi; 3- Mələkut aləmində üstün məna və ya cəbərut aləmi; 4- Ən üstün lahut və ya ilahi aləm.
Varlıq mövzusuna müxtəlif nəzərlərlə yanaşan dörd cərəyandan, nəhayət, vahid bir cərəyan yaranmışdır. "hikməti-mütəaliyyə” adlanan bir cərəyanın banisi Sədrül – mütəəllihin Şirazidir. "hikmət – mütəaliyyə”də əvvəlki dörd cərəyan arasındakı ixtilaflar, demək olar ki, həmişəlik həll olunmuşdur.
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-04)
Views: 922 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]