«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 4:12 PM
Main » Articles » Gənclər üçün 100 dərs

19-CU DƏRS: FİQH ÜSULU ELMİNİN MƏNBƏLƏRİ
19-CU DƏRS: FİQH ÜSULU ELMİNİN MƏNBƏLƏRİ
Şiə məzhəbində fiqh elminin dörd mənbəsi vardır: 1. Quran; Sünnət, yəni peyğəmbər və imamların buyuruğu və əməli; 3. İcma; 4. Əql.
İslam hökmlərinin ilkin mənbəsi Qurandır. Əlbəttə ki, Quran yalnız əməli hökümlərdən ibarət deyil. Quranın 6666 ayəsindən beş yüz ayəsi əməli hökmlərə aiddir.
Müsəlmanlar İslamın əvvəl vaxtlarında bir hökmün sübutu üçün Qurana müraciət ıedərdilər.Sonradan özünü işə hesab edən "əxbariyyin” adlı kiçik bir qurup adi insanlara Qurana əsaslanmağı caiz bilirdilər.
Sünnət dedikdə peyğəmbər və məsum imamların sözü və əməli nəzərdə tutulur. Demək olar ki, bütün məzhəblər sünnətə müraciət edir. Şiələr belə hesab edirlər ki, yalnız şiə və adil insanların, ən azı doğruçuluğu sübut olunmuş insanların nəql etdiyi hədislər etibarlı sayıla bilər. İcma bir məsələ haqqında müsəlman alimlərin yekdil rəyidir. Əgər peyğəmbər dövründə yaşamış əksər alimlər müəyyən məsələlər barədə vahid rəydə olmuşlarsa, demək, onların rəyi peyğəmbərin nəzərinə uyğundur. Demək icma yalnız peyğəmbər və imamların müasiri olmuş alimlərə aiddir.
Fiqh elminin dördüncü mənbəsi əqldir. Əgər əql yolu ilə gətirilən dəlildən yəqinlik hasil olarsa, əqlə əsaslanmaq olar.
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-04)
Views: 997 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]