«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2024-04-24, 5:39 PM
Main » Articles » Gənclər üçün 100 dərs

22-Cİ DƏRS: ƏMƏLİ HİKMƏT (HİKMƏTİ ƏMƏLİ)
22-Cİ DƏRS: ƏMƏLİ HİKMƏT (HİKMƏTİ ƏMƏLİ)
hikmət və ya fəlsəfə qədim dövrdən iki hissəyə bölünmüşdür: Nəzəri hikmət və əməli hikmət.
Nəzəri hikmət ilahiyyat, riyaziyyat, təbiət kimi elmlərdən ibarətdir.
Əməli hikmət isə əxlaq, siyasət kimi sahələri əhatə edir. Bu elmdə insanın əqlən dərk edə biləcəyi vəzifələrdən danışırlır. Heç bir insan vicdan adlı hakimdən mərhum deyil. Bu hakim hər bir işdə "olar” və ya "olmaz” hökmünü verir. Vicdan insana hökm edir ki, o, doğruçu, xeyirxah, ədalətli, azad olmalıdır. Əksinə, insan yalançı, bədxah, zalım, qul olmamalıdır.
Əməli hikmət konkret üç şöbədən ibarətdir: Əxlaq, ailə quruluşu, ictimai nizam.
Əxlaq insana necə yaşamağı öyrədir. Özünü əxlaq sisteminə malik məktəb kimi tanıtdıranların bir çoxunun iddiası əsassızdır. Çünki əxlaq elminin təqdim etdiyi sistem insanı müqəddəsliyə aparmalıdır. Bu gün dünyada təbliğ olunun bir sıra məktəblər "əxlaq sənin sevdiyin həyat tərzidir” şüarını verirlər. Guya, insanın xoşladığı həyat tərzi onun üçün ən üstün əxlaqdır. Belə çıxır ki, hərə bir şeyi sevirsə, hərənin də öz əxlaqı olmalıdır?! Əltəttə ki, bu pirinsip əslində bütün bəşəriyyəti əxlaqsızlığa aparır.
İslam dini fərdi və ictimai əxlaqın ilahi dəyərlərlə müəyyənləşdirilməsini doğru sayır. Belə bir əxlaqı vicdan təsdiq edir və belə bir insanı müqəddəsliyə aparır.
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-04)
Views: 1057 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]