«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2024-04-24, 11:49 AM
Main » Articles » Gənclər üçün 100 dərs

25-Cİ DƏRS: ALLAHA İNAM (TÖVHİD)
25-Cİ DƏRS: ALLAHA İNAM (TÖVHİD)
Heç bir insan, hətta yaranmışların ən şərəflisi olan həzrət Məhəmməd (s) Allahın müqəddəs zatını dərk edə bilməz. İnsanın başa düşə biləcəyi yalnız Allahın adlarıdır. Allahın elə adları vardır ki, bu adları yalnız övliyalar dərk edə bilər.
Ad nişanə, əlamətdir. Bütün yaranmışlar, eləcə də bütün aləm Allahın müqəddəs zatının nişanələridir. Xaricdən səbəb olmadan bir şey digərinə çevrilə bilməz. Məsələn suyun buza dönməsi üçün xaricdən səbəb olmalıdır. Demək, heç nə öz-özünə yaranmır və bir haldan başqa hala keçmir. Bu deyilənlər varlıq aləminin yaranmasında yaradanın varlığına əqli dəlildir.
Əlbəttə ki, bir həqiqətin qəbulunda dəlillərə malik olmaq müsbət haldır. Amma Allaha inam məsələsində dəlil taxta ayaq kimi gücsüzdür. İnsanın vicdanı var və bu vicdan insanı daim Allaha iman gətirməyə cağırır. Təəssüf ki, həqiqətə gedən yolda nəfs istəkləri maneə olaraq qalır. Allah-təala peyğəmbər vasitəsi ilə kitab göndərərək insana əl tutur.
Qurani-kərimin "Əraf” surəsinin 59-cu ayəsində oxuyuruq: "(Nuh öz qövmünə dedi) Ey mənim qövmüm, Allaha ibadət edin, sizin ondan başqa tanrınız yoxdur”: Eyni çağırışla uyğun surənin 73-cü və 85-ci ayələrində qarşılaşırıq.
İslam peyğəmbərinin ilkin şüarı da bu oldu: "Deyin: Allahdan başqa tanrı yoxdur!”
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-04)
Views: 2507 | Comments: 2 | Rating: 1.0/1
Total comments: 2
0  
2 KubraZ   (2013-03-28 3:35 PM) [Daxil ol]
cox sagolun ^_^

0  
1 feyza   (2012-12-29 3:27 PM) [Daxil ol]
chox gozeldi,Allah razi olsun.......

Only registered users can add comments.
[ Registration | Login ]