«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-20, 3:46 PM
Main » Articles » Gənclər üçün 100 dərs

26-CI DƏRS: TÖVHİDİN DƏLİLLƏRİ
26-CI DƏRS: TÖVHİDİN DƏLİLLƏRİ
Əvvəlki dərslərdə qeyd etmişdik ki, dinin beş üslunu kor-koranə qəbul etmək olmaz və bu məsələdə təqlidə icazə verilmir. İnsan istənilən bir yolla dinin beş əsasına inam əldə etməlidir. Quran və hədislərdə Allahın birliyinə dəlil olacaq kifayət qədər buyuruqlar vardır.
"Bəqərə” surəsində oxuyuruq: "Sizin tanrınız vahid Allahdır və Ondan başqa tanrı yoxdur... Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini təqib etməsində, insanlara fayda üçün dənizdə üzən gəmilərdə, Allahın yağış endirib ölü yeri diriltməsində, növbə-növ heyvanları ətrafa yaymasında, küləkləri dolandırmasında, göylə yer arasında Allaha tabe olan buludlarda ağıl sahibləri üçün dəlilər vardır:” (a. 163-164)
Təbiətə nəzər salın, yerin günəş, ayın yer ətrafındakı hərəkətini izləyin. Yerin günəş ətrafında fırlanmasından dörd fəsil, yerin öz oxu ətrafında fırlanmasıından isə gecə gündüz yaranır.
Günəş istisindən dənizin suyu buxarlanıb buludu dönür, havadakı istilik fərqindən yaranmış küləklər buludları dağlara qovur. Dağlara yağan qar və yağışlardan yaranmış çaylar yer üzünün yaşıl örpəyini dirçəldərək yenidən dənizlərə qayıdır.
Bütün bu qanunauyğunlular, kainatın obyektiv nizamlı quruluşu bir Allahın varlığına şəhadət vemirmi?! Tovuz quşunun günəş şüaları altda bərq vuran əsrərəngiz surəti böyük rəssamdan danışmırmı?!
Təssüf ki, bir dəlillə kifayətlənməli olduq...
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-04)
Views: 976 | Rating: 4.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]