«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-03-28, 3:20 PM
Main » Articles » Gənclər üçün 100 dərs

29-CU DƏRS: PEYĞƏMBƏRLİK (NÜBÜVVƏT)
29-CU DƏRS: PEYĞƏMBƏRLİK (NÜBÜVVƏT)
Atom hissəvcəyindən tutmuş ulduzlaradək bütün yaranmışlar ilahi nizam nizam əsasında kamilliyə doğru gedir. Toxumdan cücərən nihal qol-budaq atıb iri gövdəli ağaca çevrilir. Bal arısının həyatındakı ictimai nizam insanı heyran qoyur. Demək, bütün mövcudların həyat və fəaliyyətində ilahi qanunlar hökm sürür. İnsan isə yaranmışların şərəflisi hesab olunur. Əgər belədirsə, insan qanunauyğun təkamüldən kənar qala bilərmi?!
İnsan azaddır və daim iki yol ayrıcındadır. Onun kamilliyi batil yox, haqq yolu seçib, davamlı hərəkət etməkdədir.
Yaranmış öz yaradıcısının qununlarına tabe olmadan səadətə çata bilməz. Bəs bu qanunları haradan əldə etməlidir? "Bəqərə” surəsinin əvvəllər zikr etdiyimiz 2-ci ayəsinə bir daha nəzər salaq:” ... təqvalılara doğru yol göstərən kitab” Bu kitabın ayələri 23 il ərzində Həzrət Məhəmmədə” vəhy olunmuşdur. Bütün peyğəmbərlərin vəzifəsi insanları doğru yola dəvət etməkdir.
Müxtəlif dini mənbələrdə bəşəriyyətə 124 min peyğəmbər göndərildiyi bildirilir. Onlardan beşi "ülul-əzm”, yəni böyük peyğəmbər hesab olunur: Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə)və Məhəmməd(s).
Peyğəmbərlik və ya nübüvvət tovhid və ədldən sonra 3-cü əsas etiqaddır. Hər bir müsəlmanın peyğəmbərlik həqiqətini qəbul edib, peyğəmbərlərin gətirdiyi ilahi göstərişlərə itaət etməsi vacibdir.
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-04)
Views: 912 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]