«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-03-29, 3:11 PM
Main » Articles » Gənclər üçün 100 dərs

33-CÜ DƏRS: MƏAD (ÖLÜMDƏN SONRA HƏYAT)
33-CÜ DƏRS: MƏAD (ÖLÜMDƏN SONRA HƏYAT)
Qurani kərimdə yüzdən çox ayədə məaddan, yəni ölümdən sonrakı həyatdan danışılır. Yaranış nizamının məntiqi davamı olan məada etiqad İslamda beşinci əsas etiqaddır.
İnsan bir damla sudan yarandığını unudubmu?! Doğrudanmı, heçdən yaranmış bir məxluq qəbirdəki çürümüş sümüklərdən yenidən diriləcəyinə inanmaya bilər?!
"O, yaradılışı başlayan, sonra onu bir daha təkrar edən kəsdir. Bu iş onun üçün çox asandır.” ("Rum”, 27) "...Göyləri və yerləri yaradan, bu yaradılışda acizlik göstərməyən Allah ölüləri diriltməyə də qadirdir.” (Əhqaf,” 33)
Məadın inkarı ilahi ədalətin inkarıdır. Əgər dünya həyatı ölümlə sonuclansaydı, hansı ilahi ədalətdən danışmaq olardı?! Millətlərin qanını sovurub, uca imarətlərini al rəngə boyayan zalımlar cəzalanmayacaqsa, həqiqət yolunda fədakarlıq nəyə lazımmış?! Yox! Belə olası deyil! "Hər kəs zərrəcə pislik etsə, cəzasını alacaqdır.” ("Zilzal”, 7 – 8)
...Bütün insanlar öz ruhunu nə zamansa Əzrail mələyə təslim edəcək. Qəbr evində ilkin sorğudan keçən insan bərzəx aləmində müvəqqəti sığınacaq tapacaq. Vəd olunmuş gündə qiyamət bərpa olacaq və ən ağır sorğular başlanacaq. Və nəhayət, kimi olduğu əbədi behiştə, kimi inanmadığı əbədi cəhənnəmə qovuşacaq!
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-03)
Views: 997 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]