«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2024-04-23, 4:26 PM
Main » Articles » Gənclər üçün 100 dərs

34-CÜ DƏRS: ƏXLAQ
34-CÜ DƏRS: ƏXLAQ
Qeyd etmişdik ki, İslam təlimi üç hissədən ibarətdir və onun ikinci hissəsi əxlaqdır. Əxlaq nəfsin tərbiyyəsi ilə məşğul olan olduqcu əhəmiyyətli bir elmdir. Dini mənbələrə istinadən mələklər yalnız əqlə, heyvanlar isə yalnız nəfsə malik olduğu tərbiyə edən insan mələkdən üstün, nəfsini öz başına buraxan insan isə heyvandan alcaqdır. Dinin əsaslarına inanıb, hökmlərinə əməl edən insan nəfsini tərbiyə edib, özünü gözəl əxlaqa çatdırmazsa, xoşa gəlməz aqibətlə üzləşər. Qurani-kərimin üç ayəsində tərbiyə sözü təlim sözündən əvvəl şilədilib (2: 151, 3: 164, 62 : 2)
İslam peyğəmbəri (s) buyurur: "Sizə əxlaqi dəyərləri tövsiyə edirəm.” İmam Sadiq (ə) buyurur: "Allah təala peyğəmbərləri insanların əxlaqının tərbiyəsi üçün göndərilmişdir.” Həzrət Əli (ə) buyurur: "Əxlaqi dəyərlər səadət yoludur.”
İmam Səccad (ə) belə dua edir: "Pərvardigara, daim pisliyə çağıran nəfsdən sənə şikayət edirəm.”
Bəli, insanın iki "mən”i var: Heyvan və insani. Heyvani "mən” itaət edən insanın istəyi yemək-içmək, şəhvət, geyim, ev-eşik, cah-cəlaldır. İnsani "mən” isə əqli düşünməyə, gördüklərindən nəticə çıxarıb, ilahi göstərişlərə itaət etməyə, əxlaqını zinətləndirməyə çağırır. "Nəcm” surəsinin 39-cu ayəsində buyurulur: "İnsana çalışqanlığından başqa bir şey qalmaz.”
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-03)
Views: 955 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 KubraZ   (2013-03-28 3:38 PM) [Daxil ol]
cox sagolun,Allah razi olsun

Only registered users can add comments.
[ Registration | Login ]