«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-05-02, 0:48 AM
Main » Articles » Gənclər üçün 100 dərs

38-Cİ DƏRS: ELMİN VƏ MÜƏLLİMİN ROLU
38-Cİ DƏRS: ELMİN VƏ MÜƏLLİMİN ROLU
Ruhun ən gözəl sifətlərindən biri elmdir. Alim günəş, nadan isə zülmətə bənzədilmişdir. Yaranış sirlərini öyrənmədən, kairatdakı nizamdan xəbərdar olmadan, millətlərin keçmişini və bu gününü araşdırmadan insan öz qəlbini işıqlandıra bilməz.
İslam peyğəmbəri özü şəxsən mədrəsələri gəzər, hətta imtahanlara nəzarət edərdi. Rəvayətdə nəql olunur ki, Şəfa adlı qadın peyğəmbərin evinə gəlib, onun ailə üzvlərinə elm öyrədərdi.
"Mücadilə” surəsinin 11-ci ayəsində buyurulur: "Allah iman gətirənlərin və elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaldır”. Rəvyətlərdə byurulur ki, alimin ölmü bir qəbilənin ölmündən daha zərərlidir. İmam Bəqir (ə) buyurur: "Elmindən istifadə olunan alim 70 min abiddən üstündür.”
İslam nəzərincə insanın şəxsiyyəti onun elmi ilə müəyyən olunur. İslam peyğəmbəri (s) buyurur ki, elmi çox olanın dəyəri də çoxdur.
Hər bir insanın mənəvi diriliyi müəllimdən çox aslıdır. Ona görə də İslamda Müəllimə ehtiram vacib buyurulur. Həzrət Əli (ə) buyurur: "Mənə bir şey öyrədən şəxs məni özünə qül etdi”. Şagird müəllimin ciddi rəftarına dözməli, ölümündən sonra ona dua etməlidir. Müəllim də öz növbəsində şagirdi müəyyən bir səviyyəyə çatdırmağa səy göstərməli, elmi qavrayışı aşağı olan şagirdləri həvəsdən salmamalıdır.
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-03)
Views: 1348 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]