«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 0:48 AM
Main » Articles » Gənclər üçün 100 dərs

51-Cİ DƏRS: İNSANİ DƏYƏRLƏRƏ HÖRMƏT
51-Cİ DƏRS: İNSANİ DƏYƏRLƏRƏ HÖRMƏT
İnsan yaranmışların şərəflisi olduğuna diqqət etsə, çirkin əxlaq və günahdan qaçar. Özünü insan adlandıran varlıq heyvani hislərə necə təslim ola bilər?!
Həzrət Əli (ə) buyurur: "Özünü əziz tutan insan üçün şəhvətlər ləyaqətsiz görünür.”
İmam Səccadan (ə) soruşdular ki, ən dəyərli insan kimdir? Həzrət cavab verdi ki, ən dəyərli insan özünü dünyadan dəyərli biləndir.
Ruhani kəramətlərə diqqət özünütərbiyədə faydalıdır. İnsan özünə müraciət edə bilər ki, axı sən qüdsi gəlmisən, axı sən Allahın xəlifəsisən, axı sən əbədi həyat üçün yaranmısan, sənə heyvani hisslərə tabe olmaq yaraşırmır?!
Hər bir pis sifətdən qurtarmaq üçün onun ziddi olan gözəl sifəti gücləndirmək lazımdır. Əgər bir nəfərə qarşı paxıllıq hissi varsa, bu hissi boğmaq üçün həmin şəxsə ehtiram göstərib, ona yaxşılıq etmək lazımdır. Ümumiyyətlə, nəfsin çirkin istəklərinə "yox” deyib, tədricən onun kökünü qurtmaq lazımdır. Nəfsin xoşlamadığı yaxşı işlərə özünü məcbur etməklə yaxşılığa adət etmək gərəkdir.
Həzrət Əli (ə) buyurur: "Nəfsini yaxşı işlərə məcbur et”; "Nəfsini yaxşı işlərə adət etdir ki, axirətin abad olsun”; "Nəfsani şəhvətlər ölrürücü xəstəlikdir. Onun ən yaxşı dərmanı səbr və özünü saxlamaqdır”.
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-03)
Views: 694 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]