«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-04-27, 4:46 AM
Main » Articles » Gənclər üçün 100 dərs

57-Cİ DƏRS: TƏQVA AZADLIĞA ZİDD DEYİL
57-Cİ DƏRS: TƏQVA AZADLIĞA ZİDD DEYİL
Bəziləri elə düşünə bilər ki, təqva insanın azadlığını məhdudlaşdırır. Təssüf ki, İslam haqqında da bu fikirdə olanlar var. Amma lazımdır ki, bütün kainatda mütləq qanunlar hökm sürür. Yer kürəsi günəşə yaxınbaşarsa od tutar, uzaqlaşarsa buzlaşar. Yer öz orbitindən çıxıb "azad” olarsa, həyat bir anda məhv olar. Demək, hər bir varlığın "orbiti” var və bu "orbitdən” çıxan varlıq məhvə məhkumdur.
Bu günkü dünyanın ən aktual mövzusu olan demokratiya mütləq azadlıq mənasında başa düşülməməlidir. İnsan xoşbəxt olmaq istəyir. Demək, onun məqsədi var. Məqsəd varsa, məqsədə aparan yol da var. Bu yoldan çıxmaq azadlıq yox, nəfsin əsarətinə düşməkdir. Bu gün hicabı, örtüyü qadın azadlığı üçün buxov bilənlərlə çiyin-çiyinə qadınlıq haqqı tələb edən mavi kişilər dayanır. Kişinin qadınlıq etməsi azadlıqdırmı?! Qadının fahişəlik haqqı varmı?!
Həzrət Əli (ə) buyurur: "İslamdan üstün şərafət, təqvadan üstün izzət yoxdur”. Bəli, İslam, eləcə də təqva insanın səadətini təmin edir, onu kamilliyə aparır. İslam dini "Allahın sən azad yaradıb, başqasına qul olma” şüarı ilə çıxış edib, əsarətə qarşı çıxır. Şəxsiyyəti, insanlığı, əxlaqı, müqəddəsliyi qorumaq azadlığa zidd deyil. Əksinə, dünyanın nəhəng əxlaqsızlıq təbliğatına qul olub, Allahı unutmaq, günahdan çəkinməmək əsil əsarətdir!
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-03)
Views: 535 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]