Main » Articles » Gənclər üçün 100 dərs |
58-Cİ DƏRS: MÜTTƏQİNİN XÜSUSİYYƏTLƏRİ
![]() Həzrət Əli (ə) bir abidə müttəqi insanın sifətlərini belə tanıtdırır: -Onlar doğru danışar, orta dəyərli geyinər, təvazö ilə yol gedərlər; -Harama göz yumar, faydalı elmi dinləyər, bəlanı rahatlıqla qarşılayarlar; -Allahı böyük, ondan qeyrilərini kiçik bilər, behit nemətlərinə və cəhənnəm və oduna onları görən adam kimi yanaşarlar; -Qəlbləri qəmgin olar, başqalarının şərindən amanda qalarlar; bədənləri arıq, istəkləri az, nəfsləri tox olar; -Gündəlik namaza durar, Quran ayələrini düşüncə ilə oxuyarlar, Quran onları qəmləndirər, dərdlərinə Quranda dəva axtararlar...; -Az əməldən razı qalmaz, nəfslərini danlayar, əməllərinə görə qorxarlar; tərif olunduqda qorxar, "mən özümü başqalarından daha yaxşı tınıyıram, Allah məndən də yaxşı tanıyır” deyər; -Dini işlərdə güclü, adi vaxt uzaqgörən, yəqinlikdə möhkəm, elmə həris, ibadətdə müti, çətinlikdə dözümlü, halal ruzi üçün çalışqan, tamahdan uzaq olarlar; -Onlardan xalq yaxşılıq gözləyər, onların şərindən hamı amandadır, söyüş söyməz, aram danaşarlar; -Həqiqəti şahidsiz etiraf edər, kimsəni pis ləqəblə çağırmaz, xalqa gələn bəlaya sevinməz..
| |
Views: 562 | Rating: 0.0/0 |
Total comments: 0 | |