«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 5:38 PM
Main » Articles » Gənclər üçün 100 dərs

65-Cİ DƏRS: MƏRİFƏT ƏHLİNİN TÖVSİYYƏSİ
65-Cİ DƏRS: MƏRİFƏT ƏHLİNİN TÖVSİYYƏSİ
İnsanın özünü tərbiyədə müvəffəqiyyətə çatması üçün əxlaq alimlərinin bir sıra tövsiyyələri vardır. Onlardan bəziləri ilə tanış olaq:
-İnsan hər şeydən əvvəl tövbə etməklə nəfsini çirkinliklərdən təmizləməlidir; tövbə məqsədi ilə qüsl edib, batini aləmin paklanmasında ilahi yardımdan faydalanmaq lazımdır.
-Allahı davamlı şəkildə xatırlamaq
-Günün sonunda yaxşı və pis əməllərin hesabı
-Zərurətdən artıq danışmamaq
-Az yemək
-Daim dəstəmazlı olmaq. İslam peyğəmbərindən nəql olunur ki, Allah-təala buyurmuşdur: "Dəstəmazı batil olandan sonra onu təzələməyən, dəstəmazını təzələdikdən sonra iki rəkət namaz qılmayan mənə cəfa etmişdir. Namaz qıldıqdan sonra dünya və axirəti üçün dua edənin duasını qəbul etməsəm, mən ona cəfa etmiş olaram. Mən isə cəfa edən deyiləm.”
-"Ya həyyu, ya qəyyum, ya mən la ilahə illa əntə” zikrini daim vird etmək
-Gündə bir dəfə uzun səcdə
-Hər gün bir qədər Quran oxuyub, mənaları düşünmək
-Gecə namazı qılmaq
Qeyd olunmuş tövsiyyələrə 40 gün ardıcıl əməl edən insan nəticəsini hiss edir, qəlbində əhəmiyyətli dəyişikliklər baş verir.
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-02)
Views: 665 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]