«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 5:48 PM
Main » Articles » Gənclər üçün 100 dərs

66-CI DƏRS: NƏFSİN TƏRBİYƏSİNDƏ MANELƏR
66-CI DƏRS: NƏFSİN TƏRBİYƏSİNDƏ MANELƏR
Nəfsin tərbiyəsində ilkin maneə insanda tərbiyələnmə qabiliyyətinin zəifliyidir. Günahlar qəlbi elə qaralda bilər ki, qəlb şeytanın hakimiyyəti altına düşər. Belə bir insan xalis tövbə qılıb günahlardan uzaqlaşmasa, irəli addım ata bilməz.
Dünyaya, var-dövlətə, hətta ata-anaya, övlada, elmə ifrat, dəlicəsinə vurğunluq təkamül yolunda maneədir.
Növbəti maneə nəfsə itaətdir. "Sad” surəsinin 26-cı ayəsində buyurulur: "Nəfs istəklərinə uyma, o səni Allahın yolundan azdırar.”
Nəfsini tərbiyə etmək istəyən insan qarın qululuqdan çəkinməlidir. İslam peyğəmbəri (s) buyurur: "Çox yeməyin. Çox yemək qəlbinizin mərifət nurunu söndürər.”
Özünü tərbiyədə sükutun, az danışmağın böyük əhəmiyyəti vardır. Həzrət peyğəmbər (s) buyurur: "Çox danışmaq qəlbi daşlaşdırır.” Həzrət Əli (ə) isə buyurur: "Ağıl kamilləşəndə danışıq azalır.”
Təkamül yolunda maneələrdən biri insanın özünə məhəbbətidir. Özünü sevən insan nə qədər ki, bu sifətdən uzaqlaşmayıb, Allaha yaxın məqama ucala bilməz. O, özünü sevdiyi üçün cəhənnəm odundan qorxub, ibadət etməklə behiştə gedə bilər. Yüksək məqam isə yalnız özünü unudub, Allahı düşünən insanlara nəsib olur.
Bəlkə də, ən mühüm maneələrdən biri iradəsizlikdir. İradəsiz insan mühüm işlərdən qəti qərara gələ bilmir. Şeytani tərəddüdlər ilkin addım atmaqda böyük maneəyə çevrilir.
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-02)
Views: 665 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]