Main » Articles » Gənclər üçün 100 dərs |
78-Cİ DƏRS: DƏSTƏMAZ (VÜZU)
![]() "Qurani kərimin” "Maidə” surəsinin 6-cı ayəsində buyurulur: "Ey iman gətirənlər, namaz üçün durduğunuz zaman üzünüzü və dirsəklərinizədək həddə əllərinizi yuyun. Başınıza və topuqlarınızadək ayaqlarınıza məsh çəkin.” Demək, namazdan qabaq dəstəmaz almaq vacibdir: əvvəlcə niyyət edilir, sonra ardıcılıqla üz, sağ və sol əl yuyulur, daha sonra başının qabağına və ayaqlara məsh çəkilir. Altı şey dəstəmazı batil edir: 1. Sidiyə getmək; 2. Nəcisə getmək; 3. İnsandan yel xaric olması; 4. Gözü görməkdən, qulağı eşitməkdən saxlayan yuxu; 5. Dəlilik, məstlik, huşsuzluqla ağılın başdan çıxması; 6. Qadından qeyri – münəzzəm axan qan. əgər bədəndə yara varsa, daha doğrusu, dəstəmaz üzvlərində yara varsa, nə etməli? -Əgər yara bağlanıbsa, imkan olduğu surətdə onu açıb dəstəmaz gedişində suyun həmin hissəyə çatmasını təmin etmək lazımdır; Əgər sarğını açmaq mümkün deyilsə, sarğının üstündən məsh etmək lazımdır. -Dəstəmaz üzvlərindən böyük bir hissəsi sarğıdadırsa, və onu açmaq mümkün deyilsə, ehtiyatən təyəmüm də edilir. -Yuyulması mümkün olmayan daha dərin yaraların ətrafı yüyulur və müstəhəb ehtiyata görə yaranın üstünə parça qoyulub, parçanın üstünə məsh çəkilir. -Əgər dəstəmaz üzvünə qır kimi təmizlənməsi çətin olan bir şey yapışmışsa, bu hissənin üstündən məsh çəkmək kifayətdir. -Təyyəmmüm zamanı yaranın sarğısını açmaq mümkün deyilsə, sarğı üstən təyəmmüm olunmalıdır. Sarğı vasitəsi ilə cəbirə yerinə yetirilən dəstəmaz və təyəmmüm doğrudur və təkrar icraya ehtiyac yoxdur.
| |
Views: 820 | Rating: 0.0/0 |
Total comments: 0 | |