Main » Articles » Gənclər üçün 100 dərs |
87-Cİ DƏRS: NİYYƏT VƏ TƏKBİRƏTÜL –EHRAM
![]() -Niyyət bir işi görmək üçün qərara gəlməkdir. -Niyyəti tələffüz etmək vacib deyil. -Bəzən niyyəti bir namazdan o biriə dəyişmək olur. -Əda namazı qılan şəxsin yadına düşsə ki, öhdəsində qəza namazı qalıb, niyyətini qəza namazına döndərməsi müstəhəbdir. -Təkbirətül –ehram "Əllahu əkbər” deməkdir və onu artırıb –azaltmaq namazı batil batil edir. -Təkbirətül-ehram deyərkən əlləri qulaqlar bərabərinə qaldırmaq müstəhəbdir. -Rükudan əvvəl qiyam (düz dayanış) namazın rüknüdür yəni əsasıdır. -Təmamilə ayaq üstə durmağa qadir olmayan şəxs namazı oturaq qılmalıdır. -Təmamilə durmağa və oturmağa qadir olmayan şəxs mümkün olsa sağ tərəfi üstə üzü qibləyə uzanıb namaz qılmalıdır. - Yalnız arxası üstə uzana bilən şəxs qibləni gözləməklə bu halda namaz qıla bilər. - Əgər bir şəxs namazda yalnız müəyyən qədər ayaq üstə durmağa qadirdirsə həmin qədər ayaq üstə qalıb, ardını oturaq davam etdirə bilər.
| |
Views: 770 | Rating: 0.0/0 |
Total comments: 0 | |