Main » Articles » Gənclər üçün 100 dərs |
88-Cİ DƏRS: QİRAƏT
![]() -Vacib namazların 1-ci və 2-ci rəkətlərində həmd ("fatihə”) surə ("İxlas”) oxumaq (qiraət) vacibdir -Vaxt məhdud olarsa, surəni oxumaqmaq da olar. -"həmd” surəsini nafilə namazlarında da oxumaq vacibdir. -Namazda vacib səcdəsi olan surələrdən oxumaq olmaz. -Zöhr və əsr namazlarında həmd və surə astadan deyilməlidir. -Kişilər sübh, məğrib və işa namazlarını ucadan qılmalıdırlar. -Namazı fəryad həddində ucadan və şəxsin özünün eşitməyəcəyi həddə astadan qılmaq olmaz. -Həmd və surənin qiraətində bilərəkdən səhvə yol vermək (hərəkə təşdid və s.) namazı batil edir. -Həmd və surənin düzgün oxuşunu öyrənmək vacibdir. Həmd –"Fatihə”: Bismillahir –rəhmanir –rəhim, əlhəmdulillahi rəbbil aləmin, ərrəhmanir –rəhim, maliki yəvmiddin, iyyakə nəbudu və iyyakə nəstəin, ihtinəs-siratəl mustəqim, siratəlləzinə ənəmtə ələyhim, ğəyril məğzubi ələyhim vələzzalin. Surə -"İxlas”: Bismillahir –rəhmanir –rəhim, Qul hüvəllahu əhəd, əllahüs –səməd, ləm yəlid və ləm yuləd, və ləm yəkulləhu kufuvən əhəd.
| |
Views: 867 | Rating: 0.0/0 |
Total comments: 0 | |