Main » Articles » Gənclər üçün 100 dərs |
89-CU DƏRS: RUKU VƏ SƏCDƏ
![]() ![]() "Həcc” surəsinin 77-ci ayəsində buyurulur: "Ey iman gətirənlər, rüku və səcdə edin.” Rüku əlləri dizlərə qoymaqla qəddin əyilməsidir. -Namazın hər rəkətində bir rüku vacibdir. -Rükunun zikri rüku vəziyyətində aram dayanaraq deyilməlidir. -Rükudan sonra qiyam və bir an aram dayanmaq vacibdir. -Rükuda üç dəfə "sübhənallah” demək kifayətdir. -Rükudan qalxdıqdan sonra "səliməllahu limən həmidə, əllahu əkbər” demək müstəhəbdir -Namazın hər rəkətində iki səcdə vacibdir. -Səcdədə alını torpağa qoymaq vacibdir. Bədənin yeddi üzvünə dayaqlanmaq vacib ehtiyatdır. -Səcdənin zikri səcdə vəziyyətində aram dayanmaqla deyilməlidir. -Səcdədə üç dəfə "sübhənallah” demək kifaytdir -Alınla ayaq barmaqlarının toxunduğu səth dörd barmaqdan çox fərqlənməlidir. -İki səcdə arasında aram oturmaq vacibdir. -İki səcdəni qurtarıb qalxarkən "bihəvlillahi və qüvvətihi əqumu və əqud” demək müstəhəbdir. -Daşa, torpağa, torpağdan bitib yeməli və geyməli olmayan şeylərə səcdə etmək olar. -Niyyət Allaha şükr etmək deyilsə qəbrə səcdə etmək haramdır.
| |
Views: 898 | Rating: 0.0/0 |
Total comments: 0 | |