«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 6:11 AM
Main » Articles » Gənclər üçün 100 dərs

8-Cİ DƏRS: FƏLSƏFƏ
8-Cİ DƏRS: FƏLSƏFƏ
Fəlsəfə yunan sözüdür. Yunanca "Filosofiya” dedikdə "biliyə sevgi” nəzərdə tutulur. Əflatun Sokratı "filosof” adlandırardı. Amma Sokratdan əvvəl özünü "sofist,” yəni alim adlandıran insanlar vardır. Sofistlər iddia edirdilər ki, həqiqətin ölçüsü insan idrakıdır. Zaman keçdikcə sofist sözü mənasını dəyişərək mənfi anlamda işlənməyə başladı. Ona görə də Sokrat bu addan imtina edərək özünü, sadəcə, filosof, yəni elmin dostu, elmi sevən kimi tanıtdırdı.
Fəlsəfə müsəlmanlar arasında xüsusi bir fənn kemi tanınmış, demək olar ki, bütün əqli biliklərə şamil edilmişdir. İlk əvvəllər ilahiyyat, riyaziyyat, təbiət, siyasət, əxlaq kimi əqli elmlərə malik olanlara filosof deyərdilər. Fəlsəfə hikmət də adlandırılıb.
İslamda fəlsəfə və ya hikmət iki qismdir: nəzəri və əməli. Nəzəri fəlsəfə də üç hissəyə ayrılır: İlahiyyat, riyaziyyat, təbiət. Bu təsnifatı davam etdirmək olar. Məsələn, riyaziyyat dörd hissədir: hesab, həndəsə, astranomiya, musiqi.
Bəs "qərb fəlsəfəsi” dedikdə nə başa düşülür? Fəlsəfədə yeni dövrə başçılıq edən Dekart və Bekon bütün əqli elmlərdən imtina edərək təcrübə və hissi əsas götürdülər. Amma başqa bir cərəyanın nümayəndələri təcrübə yolu ilə təhqiq oluna bilən bilikləri elm, əqli bilikləri isə fəlsəfə adlandırmaqda davam edirlər

Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-04)
Views: 1056 | Rating: 5.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]