«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 12:59 PM
Main » Articles » Gənclər üçün 100 dərs

91-Cİ DƏRS: CƏMİYYƏT NAMAZI, CÜMƏ NAMAZI, BAYRAM NAMAZI, AYƏT NAMAZI
91-Cİ DƏRS: CƏMİYYƏT NAMAZI, CÜMƏ NAMAZI, BAYRAM NAMAZI, AYƏT NAMAZI
Qurani –kərimdə "rukuya gedənlərlə rüku edin” buyurulur. İslam ictimai din olduğundan ictimai tədbirlərə, eləcə də, cəmiyyət namazı adlanan birgə ibadətə üstünlük verir. "Cümə” surəsində müsəlmanlara cümə namazı qılmaq tapşırılır. Cümə namazı iki rəkətdir. Cümə namazı qılmaq üçün islamla birlikdə azı beş nəfər olmalıdır. Cümə namazında iki hissədən ibarət xütbə oxunması vacibdir. Xütbənin birinci hissəsində müsəlmanlar təqvaya dəvət olunur, ikinci hissədə isə onlara taleh yüklü məsələlər barədə məlumat verilir.
İslam dinində iki rəsmi bayram qeyd olunur: Orucluq ayından sonra fitr bayramı və həcc mərasimindən sonra qurban bayramı. Bu bayramlar münasibəti ilə iki rəkət namaz qılmaq müstəhəbdir. Bu namazın birinci rəkətində beş təkbir və beş qunut, ikinci rəkətində dörd təkbir və dörd qunut vardır.
Ayət dedikdə günəş və ay tutulmalarını, zəlzələ və digər qorxulu təbiət hadisələrini nəzərdə tuturuq.
İslam peyğəmbərinin oğlu İbrahim vəfat edərkən günəş tutulmuşdu. Avam camaat bu hadisəni İbrahimin ölümü ilə əlaqənədirdilər. Amma peyğəmbər bu mövhumatı aradan qaldırmaq üçün oğlunun cənazəsini qoyub camaatın qarşısına çıxdı və buyurdu: ”Ay və günəş Allahın fərmanı ilə hərəkət edirlər. Onların tutulması kiminsə ölümü ilə əlaqədar olmur. Ay və günəş tutulduqda namaz qılın.”
Ayət namızı iki rəkətdir və hər rəkətdə beş rüku var. Hər rükudan qabaq bir həmd və surə oxunur.
Ayət namazının vacib olması üçün insanda bu hadisələrin baş verməsi hər hansı bir yolla yaranmalıdır.
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-02)
Views: 1065 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]