Main » Articles » Gənclər üçün 100 dərs |
92-Cİ DƏRS: ORUC
![]() "Bəqərə” surəsinin 183-cü ayəsində Allah təala buyurur: "Ey iman gətirənlər, sizdən əvvəlkilərə vacib olduğu kimi sizin üçün də oruc vacib edildi.” Oruc hicri təqvimin ramazan ayında sübh azanından məğrib azanınadək Allaha yağınlıq niyyəti ilə aşağıdakı şeylərdən çəkinməkdir: 1. Yemək; 2. İçmək; 3. Cinsi yaxınlıq; 4. İstimna (özündən məni xaric etmə); 5. Allah, peyğəmbər və imamların adından yalan danışmaq; 6. Qatı tüstü və tozun boğaza (hülqə) çatması; 7. Qəsdən başı suya batırmaq; 8. Cünub, heyz, nifas halında sübh namazınadək qalmaq; 9. Qidalandırıcı iynələrdən istifadə; 10. Qəsdən qusmaq. Orucun imana, təqvaya, sağlamlığa, iradəyə böyük faydaları vardır. İmam Sadiq (ə) buyurur: "Oruc təkcə yemək-içməkdən çəkinmək deyil. Oruc tutan insan dilini yalandan, gözünü haramdan qorumalı, dava-dalaşdan, həsəddən, qeybətdən qeylü –qaldan uzaq olmalı, hətta doğrudan and içməməli, söyüş söyməməli, zülmdən çəkinməlidir.” Orucunu bilərəkdən pozan adam həmin günün qəza orucunu tutmaqdan əlavə kəffarə ödəyir. Orucun kəffarəsi iki ay ardıcıl oruc tutmaq, bir qul azad etmək, 60 miskini doyurmaqdır. Haram yolla orucunu pozan insan (məsələn, şərab içməklə) hər üç kəffarəni ödəməlidir. Orucunu qusmaqla pozmuş adama kəffarə yoxdur və s. Fitr və qurban bayramları günü oruc tutmaq (qəza orucu və ya müstəhəb orucu) haramdır. Qadın ərindən icazəsiz müstəhəb orucu tuta bilməz.
| |
Views: 617 | Rating: 0.0/0 |
Total comments: 0 | |