«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 4:34 AM
Main » Articles » Gənclər üçün 100 dərs

95-Cİ DƏRS: CİHAD
95-Cİ DƏRS: CİHAD
"Bəqərə” surəsinin 216-cı ayəsində buyurulur: "Xoşunuz gəlmədiyi halda sizə cihad yazılmışdır.” Uyğun surənin 218-ci ayəsində oxuyuruq: "İman gətirənlər və hicrət edib Allah yolunda cihad edənlər Allahın rəhmətinə bel bağlamışlar.”
Hər bir yaranmış öz varlığını qorumaqdadır. İnsan da öz növbəsində onu məhv etmək fikrində olan düşmənlə mübarizədədir. Varlığın və mənafelərin qorunması fitri bir istəkdir.
İslam ictimai bir din olaraq həqiqətə təslim olmayan bütün qüvvələri bəşəriyyətə düşmən bilir. İşi dünyada məzlum qanı axıtmaqdan ibarət olan imperialistlər İslami "qılınc dini” adlandırmaqla öz əsil sifətlərini gizlətməyə cəhd edirlər. Hansı ki, şüarı "nisa” surəsinin 128-ci ayəsində buyurulduğu kimi "sülh daha xeyilidir” olan İslam başəriyyəti bir ovuc zalıma yox, həqiqətə təslim olmağa çağırır. İslam insan əməyinin yox, insan gönlünün müştərisidir.
İslam peyğəmbərinin (s) həyatı dövründə mühüm və çətin müharibələr baş verir. Bütün bu müharibələrdə müsəlmanlar iki yüz nəfərə qədər, kafirlər isə min nəfərə qədər itki vermişdir. Bu rəqəm bir daha İslami sülhə, mərhəmmətə olan bağlılığını göstərir. Amma bir atom bombası atmaqla 200 min insanı bir anda məhv edən Amerik (1945 6 avqust, Xirosiia) İslamı torrorizmdə suçlayı.
Dünyada həqiqətdə müqəddəs dəyər yoxdur. Allah –təala həqiqətə təslim olmağa, onu müdafiə etməyə, onun uğrunda silaha sarılmağa çağırır. İslam dini bir həqiqət olaraq batilə, zülmə, istismara, küfrə cihad elan edir!
Category: Gənclər üçün 100 dərs | Added by: IslamQadini (2012-02-02)
Views: 1246 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]