Main » Articles » Gənclər üçün 100 dərs |
99-CU DƏRS: DUA
99-CU DƏRS: DUA "Ğafir” ("Momin”) surəsinin 63-cü ayəsində buyurulur: "Rəbbimiz buyurmuşdur: Məni cağırın, icabət edim (sizə cavab verim). Həqiqətən, mənə ibadət etməkdən boyun qaçıranlar tezliklə zəlil halda cəhənnəmə daxil olacaqlar.” İslam peyğəmbəri (s) buyurur: "Dua ibadətin məğzi və ruhudur”; "Dua möminin silahı, dinin sütunu, yerin və göyün nurudur.” İmam Riza (ə) buyurur: "Peyğəmbərlərin silahından (duadan) istifadə edin.” Həzrət Əli (ə) buyurur: "Dua xoşbəxtliyin açarıdır.” Bütün varlığı ilə Allaha ehtiyaclı olan insan olmalıdır ki, Allah bir an nəzərini çəksə bütün kainat məhv olar. Dua edən insan öz yaradanını xatırlayır, acizliyini etiraf edib, Ondan kömək istəyir. Dua bütün müşküllərin açarıdır. İlk baxışdan düzəlməsi mümkün olmayan işlər, sağalmayan xəstəliklər həqiqi dua vasitəsi ilə bir anda həllini tapır. Amma duanın da qəbul şərtləri vardır: 1.Duada qəlb iştirak etməlidir. Bəzən insan saatlarla dua oxuduğu halda, qəlbində Allahı yox, dünya işlərini düşünür. Duada davamlı olaraq Allahın hüzürunu hiss etmək zəruridir. 2.Duanın qəbulu üçün insan təvazö halında olmalı, özünü kiçik və aciz, Allahı böyük və qadir bilməlidir. 3.Duanın qəbul olacağına ümid etmək 4.Allahı tanımaq. Allahı tanımayan insan Ondan zərərli bir şeydə istəyə bilər. Dua edən şəxs Allahın qadir, alim ədalətli olduğunu unutmamalıdır.
| |
Views: 776 | Rating: 0.0/0 |
Total comments: 0 | |