«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə axşamı, 2024-03-28, 1:45 PM
Main » Articles » Nurlu kelamlar » ƏHLİ BEYT ƏLEYHİMUSSALAM

Nurlu kelamlar

 

ƏHLİ BEYT ƏLEYHİMUSSALAM

58–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:  Ümmətimin arasında Əhli-beytimin məsəli Nuhun gəmisinin məsəli kimidir. Hər kəs o gəmiyə minsə nicat tapar və hər kəs ondan üz döndərsə həlak olar.

Biharul-ənvar /27/113.

***

59–İmam Məhəmməd Baqir əleyhissalam buyurur:  Həqiqətən bizim hədislərimiz (kəlamlarımız) qəlbləri dirildir.

Biharul-ənvar /2/144.

***

60–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:   Əli ibni Əbi Talibi yad etməklə məclislərinizi zinətləndirin.

Biharul-ənvar /38/199.

***

61–İkmalüddin kitabında deyilir:  Cabir Co`fi Cabir ibni Əbdüllah Ənsaridən belə nəql edir:  Ətiullahə və ətiurrəsulə və ulil-əmri minkum ayəsi nazil olanda Rəsuli-əkrəmə dedim:  Ya Rəsuləllah, Allahı və Onun Rəsulunu tanıdıq. Bəs ´ulul-əmrh kimdir ki, Allah-taala onlara itaət etməyi sənə itaət etməklə yanaşı vacib etmişdir?

Həzrət buyurdu:  Ey Cabir, onlar mənim (haqq) xəlifələrimdir, məndən sonra müsəlmanların imamlarıdır. Onların birincisi Əli ibni Əbi Talib, ikincisi Həsən, üçüncüsü Hüseyn, dördüncüsü Əli ibni Hüseyn, beşincisi Tövratda Baqir ləqəbi ilə tanınan Məhəmməd ibni Əlidir. Ey Cabir, sən onu görəcəksən, o zaman məndən ona salam yetirərsən. Altıncısı Sadiq-Cə`fər ibni Məhəmməd, yeddincisi Musa ibni Cə`fər, səkkizincisi Əli ibni Musa, doqquzuncusu Məhəmməd ibni Əli, onuncusu Əli ibni Məhəmməd, on birincisi Həsən ibni Əli, on ikincisi adı mənim adımla, künyəsi mənim künyəmlə eyni olan, Allahın yer üzündəki höccəti Həsən ibni Əlinin oğludur. O, həmin şəxsdir ki, Allah-taala onun əli ilə yer üzünün şərq-qərbini fəth edəcək; O, həmin şəxsdir ki, öz şiələrinin və dostlarının gözündən qeybə çəkiləcək, elə bir müddətə qeybə çəkiləcək ki, onun imamətinə inam (əqidə) barəsində yalnız Allahın qəlblərini iman (nuru) ilə imtahan etdiyi şəxslər sabit qalacaqdır.

(Cabir deyir…) Həzrətdən soruşdum:  Ya Rəsuləllah, onun qeybə çəkildiyi bu dövrdə şiələr üçün fayda olacaqmı?

Buyurdu:  Bəli, məni (haqq olaraq) Peyğəmbərliyə seçən Allaha and olsun ki, həqiqətən onlar (şiələr) onun qeybdə olduğu vaxtlarda, camaat bulud arxasında olan günəşdən bəhrələndiyi kimi, onun nurundan nur kəsb edəcək, vilayətindən faydalanacaqlar.

İkmaluddin /1/253.

***

62–Maliki məzhəbinin banisi Malik ibni Ənəs İmam Sadiq əleyhissalamın fəzilətinə dair belə deyir:  Fəzilət, elm, ibadət və vərə`(təqvanın ən yüksək mərhələsi) baxımından Cə`fər Sadiqdən daha üstün bir kəsi heç bir göz görməmiş, bir kəsin qulağı ondan üstün bir fəzilət eşitməmiş, heç bir bəşərin qəlbindən ondan fəzilətli adam keçməmişdir.

Biharul-ənvar /47/128.

***

63–İmam Hüseyn əleyhissalam buyurur:  Canıma and olsun ki, Allahın kitabı əsasında hökm edən, haqq-ədaləti bərqərar edən, haqq dinə malik olan və öz nəfsini Allah yolunda saxlayan şəxsdən başqası imam ola bilməz.

İrşad /204.

Category: ƏHLİ BEYT ƏLEYHİMUSSALAM | Added by: IslamQadini (2009-10-07)
Views: 1525 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]