«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 3:36 PM
Main » Articles » Nurlu kelamlar » HƏYAT YOLDAŞINA EHTİRAM

Nurlu kelamlar
 
HƏYAT YOLDAŞINA EHTİRAM

298–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Vay olsun o qadına ki, ərini narahat edib qəzəbləndirə və xoş o qadının halına ki, əri ondan razı ola.
Biharul-ənvar /8/30.
***

299–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  İki arvadı olan, onların arasında özünü və malını düzgün bölüşdürməyib ədalətlə rəftar etməyən kişi, qiyamət günündə bədəninin yarısı zəncirlənmiş və o biri yarısı da düzəlməyən halda gələcək və cəhənnəmə daxil olacaqdır.
Biharul-ənvar /7/214.
***

300–İmam Baqir əleyhissalam buyurur:  Ailə quran hər bir şəxs öz yoldaşını əzizləyib hörmət etməlidir.
Biharul-ənvar /103/224.
***

301–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Hər bir halda qadınlarla mülayim və güzəştli olun (hətta öz vəzifələrinə əməl etməsələr də). Onlarla mehriban və yaxşı danışın, mümkündür bu yolla onlar da öz vəzifələrini layiqincə yerinə yetirsinlər.
Biharul-ənvar /103/323.
***

302–Musa ibni Cə`fərdən, o da öz ata-babalarından nəql etmişdir ki, Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Bəndənin Allaha imanı artdıqca qadınlara qarşı məhəbbət və atifəsi də çoxalacaqdır.
Biharul-ənvar /103/228.
***

303–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Dünyadan üç şey mənim üçün sevimlidir:  qadınlar, xoş iyli ətir, amma gözlərimin nuru namazdadır. (Mə`buda üz tutub Ona ibadət etmək).
Biharul-ənvar /76/141. Xisal /1/189.
***

304–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Ən pis adam (maddi cəhətdən) ailəsinə çətinlik yaradanlardır.
Nurul-əbsar.

Category: HƏYAT YOLDAŞINA EHTİRAM | Added by: IslamQadini (2009-10-01)
Views: 1132 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]