«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-26, 2:20 PM
Main » Articles » Nurlu kelamlar » İMAN VƏ SƏDAQƏT SAYƏSİNDƏ AİLƏ QURMAQ

Nurlu kelamlar
 
İMAN VƏ SƏDAQƏT SAYƏSİNDƏ AİLƏ QURMAQ

277–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Əgər dinini və əxlaqını bəyəndiyiniz bir kəs elçiliyə gəlsə, onu qəbul edib qızınızı verin. (Soruşdular…) Əgər onun nəsəbi pis olsa nə edək? Həzrət əvvəlki sözü təkrar edərək əlavə etdi:  Dini və gözəl əxlaqı olduğu halda, yüksək əsil-nəsəbi olmadığına görə ona qız verməsəniz, yer üzündə böyük fitnə-fəsad baş verəcəkdir.
Təhzib /7/394.
***

278–İmam Cavad əleyhissalam buyurur:  Hər kəs sizə elçilik etsə, onun dinindən və düzlüyündən yəqinlik hasil etdikdən sonra ailə qurmağa razı olun.
Mən la yəhzuruhul-fəqih /3/393.
***

279–Bir kişi İmam Hüseyn əleyhissalamın yanına gəlib dedi:  Mənim bir qızım var, onu necə adama ərə versəm yaxşı olar?

Həzrət buyurdu:  Onu Allahdan qorxan bir adama ərə ver, çünki həmin şəxs qızını sevsə əzizləyəcək, amma acığı gəlsə ona əzab-əziyyət (zülm) etməyəcəkdir.
Əl-müstətrəf /2/218.
***

280–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Hər kəs qızını fasiq və imansız adama ərə versə, sözsüz onunla qohumluq əlaqəsini kəsmişdir.
Məhəccətul-beyza /3/94

Category: İMAN VƏ SƏDAQƏT SAYƏSİNDƏ AİLƏ QURMAQ | Added by: IslamQadini (2009-10-04)
Views: 1081 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]