«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2019-11-23, 0:11 AM
Main » Articles » Nurlu kelamlar » İSLAMDA SAĞLAMLIQ

Nurlu kelamlar
 
 
İSLAMDA SAĞLAMLIQ

340–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Allah-taala üç şeyi xoşlayır:  Az danışmaq, az yatmaq və az yemək. Və üç şeydən də acığı gəlir:  Çox danışmaq, çox yatmaq və çox yemək.
İsna əşəriyyə /92.
***

341–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Pakizə olmaq üçün var gücünüzlə çalışın, çünki Allah-taala islamı paklıq üzərində bina etmişdir və behiştə də yalnız paklar daxil olar.
Kənzul-ümmal /26002.
***

342–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Çox yemək və həmişə tox olmaq müxtəlif xəstəliklər yaradar.
Ğürərul-hikəm /3591.
***

343–Musa ibni Cə`fər əleyhissalam buyurur:  Sünnətlərdən beşi insanın başında və beşi isə bədənindədir. Başda olan sünnətlər bunlardır:  Dişləri yumaq, bığın qabağını vurmaq, başın tükünü ayırmaq, məzməzə (ağıza su alıb yaxalamaq) və istinşaq (buruna su çəkib qaytarmaq). Bədəndə olan sünnətlərsə bunlardır:  Xətnə etmək (uşağı kəsdirmək), övrətin ətrafında olan tükləri qırxmaq, qoltuq tükünü təmizləmək, dırnaqları tutmaq və istinca etmək (yə`ni sidik və ğaitin yerini təmizləmək və pak etmək).
Xisal /125.
***

344–Əmirəl-mö`minin Əli əleyhissalam İmam Həsən əleyhissalama buyurdu:  İstəyirsənmi sənə dörd xislət öyrədim ki, təbibə ehtiyacın olmasın?! İmam Həsən ərz etdi, bəli! Buyurdu:  Acmamış yemək yemə, yeməkdən doymamış süfrədən çəkil, yeməyi ağzında yaxşı çeynə və yatmazdan qabaq ayaqyoluna get. Əgər bu göstərişlərə əməl etsən, təbibə ehtiyacın olmaz.
Vəsailuş-şiə /24/245.

Category: İSLAMDA SAĞLAMLIQ | Added by: IslamQadini (2009-09-30)
Views: 1291 | Rating: 5.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]