«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 5:14 AM
Main » Articles » Nurlu kelamlar » KİŞİNİN AİLƏ QURMAQDA NİYYƏTİ

Nurlu kelamlar
 
KİŞİNİN AİLƏ QURMAQDA NİYYƏTİ

281–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Hər kəs bir qadınla təkcə onun gözəlliyinə görə evlənsə, istədiyinə çatmayacaqdır. Hər kəs qadınla təkcə malına görə evlənsə, mütəal Allah onu təkcə o mala vəkil edər. Sizlərə dindar qadın seçməyi tövsiyə edirəm. (Çünki bütün xeyir və bərəkətlər onun vücudunda qoyulmuşdur.)
Təhzib /7/399.
***

282–İmam Sadiq əleyhissalam buyurur:  Hər kəs qadınla təkcə malına görə ailə qursa, mütəal Allah onu yalnız həmin mala həvalə edər.  (Yə`ni çətin vaxtlarda Allahın lütfündən binəsib qalar.)
Kafi /5/333.
***

283–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Hər kəs qadının malına görə onunla ailə qursa, Allah onu o mala həvalə edər; hər kəs onunla gözəlliyinə görə evlənsə xoşlamadığı və acığı gəldiyi şeyləri o qadında görəcəkdir; hər kim qadınla dininə görə ailə qursa, Allah o yaxşılıqları onun üçün cəm edəcəkdir.
Təhzib /7/399.
***

284-Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Hər kəs qadınla təkcə gözəllik və cəmalına görə ailə qursa, Allah o qadının gözəlliyini onun üçün əzab-əziyyət mənbəyinə çevirər.
Vəsailuş-şiə /20/53.
***

285–İmam Səccad əleyhissalam buyurur:  Hər kəs Allaha və sileyi-rəhimə görə ailə qursa, Allah onun başına izzət tacı qoyar.
Mən layəhzuruhul-fəqih /3/385.
***

286–Allahın Rəsulu (s.ə.v.v.) buyurur:  Qadınla təkcə onun gözəlliyinə görə evlənmə, çünki onun gözəlliyi iffətsizliyinə səbəb ola bilər, həmçinin qadının malına görə onunla evlənmə, çünki bu iş onun tüğyan etməsinə, itaətsizliyinə səbəb ola bilər. Sən qadınla onun dininə görə ailə qur.
Məhəccətul-beyza /3/85.

Category: KİŞİNİN AİLƏ QURMAQDA NİYYƏTİ | Added by: IslamQadini (2009-10-01)
Views: 1108 | Rating: 5.0/1
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]