Main » Articles » Ehli-Beyt (e) » Mahdi (ə.c) |
Həzrəti Məhdi (ə.c)
Həzrəti Məhdi (ə.c)
Ələddin Məlikov Şübhəsiz, Məhdi (ə)-ın zühuruna inam İslam əqidələrindəndir. Bu əqidənin əsasını aşkar şəkildə Kitab və Sünnədə öz əksini tapmışdır. Bu həqiqət İslamın ayrılmaz bir hissəsidir. Quranın bəzi ayələri və bir çox rəvayətlər bu həqiqəti dəqiq şəkildə vurğulamışdırlar. Belə ki, bəzi rəvayətlərə əsasən onun inkarı (nübüvvətin inkarı kimi) küfr hesab edilir. Həzrət Məhfi (ə)-ın zühuru məsələsi, Peyğəmbərin zamanında bu günümüzə qədər bütün on dörd əsr boyu inkar edilməz bir həqiqət kimi qəbul edilmişdir. Tarix boyu səhabələr, alimlər, mühəddislər, ədiblər, şairlər və xəlifələr bu məsələni qəbul etmiş və ona etiqad bəsləmişlər. "Müntəxəbül-əsər" kitabı bu haqda Şiə və Əhli Sunnə təriqi ilə rəvayət olunan hədislər toplusudur. Amma hal-hazırda bu kitab kimi neçə belə kitablar təlif edilməkdədir. Qeyd etmək lazımdır ki, bu kitablar mənbə və elmi təhqiqat nöqteyi-nəzərindən daha da genişdir. Bu geniş tədqiqatlara baxmayaraq, iki əsas məsələ hədis, təfsir, tarix, kəlam və məzhəb haqqında kitablara müraciət edənlər üçün böyük əhəmiyyətə malikdir. Birinci: Həzrət Məhdi (ə)-ın zühuru islam həqiqətlərindən biridir. Müsəlmanlar bu həqiqəti "İslam Peyğəmbəri (s)-ın" dilindən eşidib, öyrənmişdirlər. Bu səbəbdən İmamın inkar edilməz bir həqiqətidir. İkinci: İmam Məhdi (ə)-ın "Həzrət İmam Həsən Əsgəri (ə)-ın" övladı olma əqidəsi də O Həzrətin viladətindən öncə (hicrinin 255-ci ilindən əvvəl) və eləcə də atasından əvvəl Peyğəmbərin (s) Əhli Beyti tərəfindən bəyan edilmişdir. Əhli Beyt (ə)-da- islam Peyğəmbəri (s)-ə istinad etmişdirlər. Əlbəttə bu haqda olan hədislər əhli sünnə təriqi ilə də rəvayət edilmişdir.[1] Bu hədislərin Həzrətin viladətindən sonra ya qeybəti-suğrada və ya qeybəti-kubrada meydana gəlməsi ağlasığmaz və qəbul edilməzdir. Hədisləri bir yerə toplayan kitabların müəllifləri haqda güman edilmir ki, hər hansı bir kəlməni özlərindən uydursunlar. Çünki onlar tapılmış, etimad qazanmış və əmanətə xəyanət etməyən insanlardır. Onlar bu hədisləri öz ustadlarından və ya "Həzrət Məhdi (ə)-ın" atasının viladətindən öncə mövcud olan hədis kitablarından istifadə etmişdirlər. Eləcə də mümkündür ki, İmamların və səhabələrin zamanında yaşamış imanlı hədis alimlərindən rəvayət edilmişdirlər. Bu hədislərə müraciət edən hər hansı bir şəxs "Həzrət Məhdi (ə)-ın" Həzrət İmam Həsən Əsgərinin oğlu olmasında heç bir şübhə etmir. Bu həqiqət İslam Peyğəmbəri (s)-ın, Əli (ə)-ın, Fatimeyi Zəhranın, İmam Həsən (ə)-ın, İmam Hüseyn (ə)-ın və İmam Hadi (ə)-a qədər olan bütün İmamların əqidəsidir. Bəzi insanlar deyir: Bu əqidənin İslam Peyğəmbəri (s)-nə istinad edilməsində heç bir şübhə yoxdur. İnkar edilməzdir ki, Məhdi mövzusunda yüzlərlə hədis, təvatür şəkildə Peyğəmbər (s), Əmirəl-Möminin və digər İmamlardan rəvayət edilmişdir. Ümid edirik ki, Allahın köməyi ilə dərk edib, O həzrətin ardıcıllarından olaq. Amma sual bundan ibarətdir ki, Məhdi (ə)-ın zühuruna inam, O həzrətin dünyaya hakimiyyəti və edəcəyi islahatlar bizim indiki vəziyyətimizə nə kimi təsiri olacaqdır? Bilmək istəyirik ki, Sünni və Şiəni ortaq məxrəcə çatdıran və əqidədən, siyasi və ictimai işlərin islahı, qarşılaşdığımız bütün bu çətinliklərin əlacı üçün bəhrələnə bilərikmi? Allaha, qiyamətə, nübüvvət və İmamətə etiqad bizim əməllərimiz ilə sıx əlaqədədir. İnsanların yaşayış və gündəlik çalışma tərzini müəyyən edir. Amma söhbəti gedən əqidə bizim əməllərimiz ilə nə qədər əlaqədədir? Zülmün, yalanın və istismarın qarşısında nə kimi təsirə malikdir? Bizləri necə və hansı silaha malik edir? Mədəniyyətin və tərəqqinin sürətlə irəlilədiyi müasir zamanımızda, on dörd əsr bundan öncə olan əqidə ilə və bu əqidədən heç məsuliyyət duymadıqda, razılaşa bilmərik. Halbuki İslamın əsasları, Quranın hökmləri və dini əqidələr insanları inkişafa aparır. İslam, mübarizə, çalışma, islahat, elmi və tərəqqi dini və məktəbidir. Söhbət etdiyimiz əqidə də insanları bu yola sövq etdirməlidir. Biz şübhəsiz Həzrətin zühurunun mənfi təsirə malik olmamağını bilirik. İnsanları işdən və mübarizədən uzaqlaşdırmır, onları hərəkətsizlik, inziva və məsuliyyətsizliklə qarşılaşdırmır. Həqiqət bundan ibarətdir ki, İslamın hökmləri heç bir zaman hərəkətsiz qalmır və insanlar heç bir vaxt bu hökmlərdən boyun qaçıra bilməzlər. Görəsən İslamın Hökmlərinin icrası üçün söhbət etdiyimiz əqidədən necə istifadə etmək olar? Bu sual bir çoxlarının dilinə də gəlməsə fikrindədir. Allahın köməyi ilə bu kitabda bu sualı cavablandıracağıq. Məhdi (ə)-ın zühuruna inamın müxtəlif məsələlərlə o cümlədən, elmi həqiqətlər, dünya hakimiyyəti, İslam bərabərliyi, ictimai ədalət və rəhbərlik məsələləri ilə əlaqəsini açıqlayacağıq. Aydın edəcəyik ki, bu əqidə insan həyatında və cəmiyyətin düzgün istiqamətlənməsi yolunda nə kimi böyük təsirə malikdir. Bu əqidə bir həqiqətə[2] inamdan əlavə insan düşüncəsində və bu düşüncənin ictimai əxlaqi və siyasi rabitələrlə böyük qabiliyyətə malik olmasında böyük təsirə malikdir. ---------------------------------------------------------------------------------------------- [1] Şiə tərifi ilə rəvayət edilən hədislər haqqında müraciət edin: "Kəmalüd-Din: Səduq", "Qeybəti Nömani", "Qeybəti Şeyx Tusi" Bu haqda Əhli Sünnədən yüzlərlə məqalə və kitablar təlif edilmişdir. Burada onların üç əsas alimlərindən stat gətiririk. Bu alimlər bizim zamanımızda yaşamış və yeni nəsl tərəfindən qəbul olunmuşdur. a) Əhməd Şakir: O, zamanımızın hədis və rical fənninin mütəxəssislərindəndir. "Məqalidül-Künuz" kitabında Həzrət Məhdi (ə)-a aid olan hədisləri təsdiq etmiş və bu həqiqəti islamın əqidəsi hesab etmişdir. Onun fikrininə əsasən bütün müsəlmanlar bu həqiqətə inamla yanaşmalıdırlar. b) "Şeyx Mənsur Əli Nasir: O, Əzhəb alimlərindən və Zeynəbi universitetinin müəllimlərindəndir. "Cavəyətul-Məmul” kitabında deyir: Məhdi haqqında olan hədisləri böyük səhabələrdən bir qismi və eləcə də tanınmış hədis alimləri rəvayət etmişdirlər. Keçmiş və yeni alimlər bu əqidədəndirlər" O, hədislərin təvatürünü təsdiq etdikdən sonra deyir: Hər bir insanın ürəyində bir az iman və insaf olsa "Həzrət Məhdi (ə)-ın" zühuru və bu haqda olan hədislərdə şübhə etməz. v) Əbul-Əla Məvdudi: Əhli Sünnənin tanınmış alimlərindəndir. "Əl-bəyanam" kitabında "Məhdi (ə)" haqda olan hədisləri araşdırmışdır. O, deyir: Bu hədislər, bütün hədislərdə mövcud olan əsas həqiqəti özündə əks etdirir. Həqiqət bundan ibarətdir ki, "İslam Peyğəmbəri" yer üzünü ədalətlə dolduram, zülmü məhv edən, İslamı ucaldan və insanlar arasında rifahı yüksəldən bir rəhbərin gələcəyini vurğulamışdır. [2] Həqiqət, on ikinci İmama imandan ibarətdir və eləcə də O, imam Həsən Əsgəri (ə)-ın oğlu və Peyğəmbərliyə imanın nəticələrindəndir. | |
Views: 1110 | Rating: 0.0/0 |
Total comments: 0 | |