Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Allah |
Allah
![]() 13. Allah 71. Allah Quran: «Əgər onlardan «göyləri və yeri kim yaratmışdır?» deyə soruşsan,onlar mütləq «Allah!» deyə cavab verəcəklər». (Loğman surəsi, ayə 25, Zumər surəsi, ayə38) Hədis: 280. İmam Əli (ə): «Allahın mənası yaradılmışların mat-məəttəl, heyran qaldıqları və pənah aparılan məbuddur. Allah gözlərin görə bilmədiyi, xəyal və təsəvvürlərdən uzaq olan varlıqdır». (ət-Tovhid, səh.89, hədis 2) 281. İmam Əli (ə): «Allah adı, Allah-Taalanın adlarının ən böyüyüdür. Elə bir ad ki, Allahdan başqasına layiq deyil və bu ad heç bir məxluqa verilməz». (ət-Tovhid,, səh.231, hədis 5) 282. İmam Baqir (ə): «Allah o məbuddur ki, yaradılmışlar Onun mahiyyətini başa düşməkdə, necəliyindən agah olmaqda mat-məəttəl və heyran qalıblar». (ət-Tovhid, səh.89, hədis 2) 283. İmam Rza (ə): «Həqiqətən Allah-Taalanın adını çəkmək Onun rübubiyyət və tovhidini bəyan etməkdir». (Uyuni əxbari Rza (ə), c.2, səh.93, hədis 1) 284. İmam Həsən Əskəri (ə): «Allah həmin o varlıqdır ki, bütün yaradılmışlar ehtiyac və çətinliklər zamanı, həmçinin Ondan başqa hər bir şeydən ümidini kəsən vaxt Ona pənah aparır». (Biharul-ənvar, c.3, səh.41, hədis 16) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 786 | Rating: 3.5/2 |
Total comments: 0 | |