«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-12-21, 4:22 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Arayıb axtarmaq

Arayıb axtarmaq
Mizanul-hikmət 
67. Arayıb axtarmaq
332. Camaatın eyblərini arayıb-axtarmaq qadağandır
Quran:
     «Ey iman gətirənlər! Zənn və gümanların çoxundan çəkinin. Çünki gümanların bəzisi günahdır. (Bir-birinizin eybini, sirrini) Arayıb-axtarmayın, bir-birinizin qeybətini etməyin. Məgər sizdən kimsə ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Həmin işə ikrahla baxdınız. Allahdan qorxun. Həqiqətən Allah tövbələri qəbul edən və mehribandır». (Hucurat surəsi, ayə 12)
     Hədis:
     1071. Allahın Peyğəmbəri (s): «Zənn və gümandan uzaq olun. Çünki, güman ən yalan sözdür. Camaatın sözlərinə qulaq asmayın və onların nöqsanlarını arayıb-axtarmayın». (Səhih-Muslim, hədis 2563)
     1072. Allahın Peyğəmbəri (s): «Mənə camaatın qəlbini yarıb və onların batinlərini açmaq əmr olunmayıb». (Kənzul-ummal, hədis 31597, 15035)
     1073. Allahın Peyğəmbəri (s): «Müsəlmanların səhv və xətalarını axtarmayın. Çünki, kim qardaşının xətalarını arayıb-axtarsa, Allah həmin şəxsin səhv və xətalarını axtarar. Allah da, eyblərini aradığı kimsəni hətta, öz evinin içində olsa belə rüsvay edər». (əl-Kafi, c.2, səh.355, hədis 5)
     1074. Allahın Peyğəmbəri (s): «Əxlaqsız qadından kimlərin onunla pozğun iş görməsini soruşmayın. Çünki, beləsi rahatlıqla pozğunluq etdiyi kimi günahsız müsəlmanı da rahatlıqla bədnam edər». (Təhzibul-əhkam, c.10, səh.48, hədis 177)
     1075.İmam Sadiq (ə): «İnsanların dinini təftiş edib araşdırma ki, dostsuz qalarsan!»(Biharul-ənvar, c.78, səh.253, hədis 109)
     1076. Saur əl-Kəndi: «Ömər ibn Xəttab Mədinədə gecə gəzintisinə çıxmışdı. Evlərin birindən bir kişinin mahnı oxuduğunu eşitdi. Evin hasarına çıxıb dedi: «Ey Allahın düşməni! Elə bilirsən, Allah sən günahkarın (eyblərinin) üstünü örtəcək?!» Həmin kişi dedi:«Ey möminlərin rəhbəri! Sən də mənim barəmdə artıq danışma! Əgər mən bir günah etmişəmsə, sən üç günah törətmisən:
     Allah-Taala «(eybləri) arayıb axtarmamağı» buyursa da, sən araşdırırsan. Həmçinin buyurub ki, «evlərə qapılardan daxil olun», amma sən hasarın üstünə çıxmısan. Allah-Taala «Başqalarının evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməməyi» buyursa da, sən mənim evimə icazəsiz daxil olmusan». Ömər dedi: «Əgər səni bağışlasam bu işlərdən əl çəkərsənmi?» Həmin kişi dedi: «Bəli». Ömər onu bağışladı və mənzilindən çıxıb onu rahat buraxdı». (Kənzul-ummal, hədis 8827)
     333. Müharibə zamanı casusluğun rəva olması
     1077. İmam Rza (ə): «Allahın Peyğəmbəri (s) qoşun göndərərkən onun başçısı haqda pis gümanda olanda, özünün inandığı adamlardan birini casus kimi onunla birgə göndərərdi». (Vəsailuş-şiə, c.11, səh.44, hədis 4)
     334. Casusun hökmü
     1078. İmam Sadiq (ə): «Casus və xəbərçini ələ keçirdikdə öldürmək lazımdır».(Mustədrakul-vəsail, c.11, səh.98, hədis 12518)
     335. Zahir əsasında hökm çıxarılan məqamlar
     1079. İmam Sadiq (ə): «İnsanlar gərək beş halda: qəyyumluq, evlilik, irs, heyvanın kəsilməsi və şahid durmaqda zahiri hökmə əməl etsinlər. Əgər şəxsin zahiri düz və inanmağa əsas verən olsa, onun şahid durması caizdir və batini araşdırılmamalıdır».(Vəsailuş-şiə, c.18, səh.213, hədis 1)
     (Əsas mətndə bu başlığın adı ərəbcə «təcəssüs»dür-bunun mənası gizli şeylərdən danışmaq və işlərin batinini araşdırmaqdıq və adətən mənfi araşdırmalar mənasını daşıyır)

     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Arayıb axtarmaq | Added by: IslamQadini (2011-03-28)
Views: 1162 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]