«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2024-04-17, 1:49 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Azadlıq və azadəlik

Azadlıq və azadəlik
Mizanul-hikmət
94. Azadlıq və azadəlik (Azadəlik-ürəyi genişlik, alicənablıq, səmimiyyət)

1484. İmam Sadiq (ə): «Hər kəsdə bu beş xislətdən biri olmasa, onda çox xeyir-bərəkət olmaz: vəfa, tədbirlilik, abır-həya, xoş xasiyyət, əvvəlki dörd xisləti özündə birləşdirən azadəlik». (əl-Xisal, səh.284)
     492. Bütün insanlar azaddır
     1485. İmam Əli (ə): «Ey insanlar! Adəmdən nə bir qul törənib, nə də bir kəniz. Bütün insanlar azaddır».(Nəhcüs-səadə, c.1, səh.198)
     1486. İmam Əli (ə): «Başqalarına qul olma, Allah-Taala səni azad yaradıb». (Nəhcül-bəlağə, məktub 31)
     1487. İmam Sadiq (ə): «Azadə hər bir halda azadədir. Ona bəla və çətinlik üz verən zaman səbr edər. Əgər başına müsibətlər yağsa da, əsirliyə düşsə də, məğlub olsa da, rahatlığını əldən verib çətinliyə, yoxsulluğa düçar olsa da bütün bunların heç biri onu sındırmaz. Əmin Siddiq Yusif kimi! (Allahın salamı ona olsun). Onu qul da etdilər, məğlub da oldu, əsir də götürüldü, amma bunların heç biri onun azadəliyinə xələl yetirmədi». (əl-Kafi, c.2, səh.89, hədis 6)
     493. Azad insanın xasiyyəti
     1488. İmam Əli (ə): «Gülərüzlülük azədə insanın xislətidir». (Ğurərul-hikəm, hədis 467)
     1489. İmam Əli (ə): «Həya və iffət imanın xislətlərindəndir. Bunun ikisi də azadələrin təbiəti və yaxşı insanların xasiyyətidir». (Ğurərul-hikəm, hədis 3605)
     1490. İmam Əli (ə): «Qane olan qul azaddır, tamahkar azad isə qul». (Ğurərul-hikəm, hədis 413)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Azadlıq və azadəlik | Added by: IslamQadini (2011-05-24)
Views: 966 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]