Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Bəlağət |
Bəlağət
Mizanul-hikmət 49. Bəlağət 251. Bəlağət 850. İmam Əli (ə): «Bəlağət odur ki, danışılması səlist, başa düşülməsi isə asan olsun». (Ğurərul-hikəm, hədis 1881) 851. İmam Əli (ə): «Bəlağət odur ki, cavab verməkdə kütlük etməyəsən, məqsədini çatdırasan və söz oxun hədəfdən yayınmasın». (Ğurərul-hikəm, hədis 2150) 852. İmam Əli (ə): «Bəzən bəlağətdə yalnız müxtəsər söyləmək ilə kifayətlənilir». (Ğurərul-hikəm, hədis 6666) 853. İmam Sadiq (ə): «Bəlağət dilin itiliyi və çoxlu boşboğazlıq etməklə deyil, əksinə, bəlağət - mənanı çatdırmaq və düzgün dəlil-sübut gətirməkdir».(Tuhəful-uqul, səh.312) 854. İmam Sadiq (ə): «Bəlağət üç şeydə - nəzərdə tutulan mənaya yaxınlaşmaqda, artıq sözlərdən uzaqlaşmaqda, az və qısa ifadələrlə çox məna çatdırmaqdadır». (Tuhəful-uqul, səh.317) 252. Ən bəlağətli söz 855. İmam Əli (ə): «Ən bəlağətli söz məqsədi rahatlıqla çatdıran və müxtəsərliyi gözəl olan sözdür». (Ğurərul-hikəm, hədis 312) 856. İmam Əli (ə): «Ən gözəl kəlam gözəl quruluşla zinətlənmiş və həm alimin, həm də avamın başa düşdüyü kəlamdır». (Ğurərul-hikəm, hədis 3304) 253. Bəlağətlilik və söz oynatmaq 857. Allahın Peyğəmbəri (s): «Allah inək kimi öz dili ilə oynayan (söz oynadan) bəlağətli şəxsə nifrət edir». (Kənzul-ummal, hədis 7919) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri
| |
Views: 826 | Rating: 0.0/0 |
Total comments: 0 | |