Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Bərəkət |
Bərəkət
![]() 41. Bərəkət 229. Bərəkət Quran: «O, harada oluramsa olum, məni bərəkətli edib və mənə nə qədər ki, diriyəm namaz qılmağı və zəkatı tövsiyə edib». (Məryəm surəsi, ayə) Hədis: 764. İmam Sadiq (ə) «O, harda oluramsa olum, məni bərəkətli edib» ayəsinin təfsirində buyurmuşdur: «(Bərəkətlidən məqsəd) çox xeyir və fayda verəndir». (əl-Kafi, c.2, səh.165, hədis 11) 230. Bərəkət gətirən və bərəkəti aradan aparan şeylər Quran: «Əgər o məmləkətlərin əhalisi iman gətirib təqvalı olsaydılar, göyün və yerin bərəkətlərini üzlərinə açardıq. Lakin onlar peyğəmbərləri təkzib etdilər. Biz də əməllərinin cəzası olaraq onları yaxaladıq». (Əraf surəsi, ayə 96) Hədis: 765. Allahın Peyğəmbəri (s): «Yeməklərinizi ölçün, çəkin! Həqiqətən bərəkət (ağırlığı) çəkilmiş yeməkdədir». (Kənzul-ummal, hədis 9434) 766. Allahın Peyğəmbəri (s): «Bərəkət on hissədir. Onun doqquz hissəsi ticarətdə, bir hissəsi isə heyvandarlıqdadır». (Biharul-ənvar, c.103, səh.5, hədis 13) 767. Allahın Peyğəmbəri (s): «Dörd şey var ki, onlardan hansı biri evə daxil olsa onu viran edər və bərəkətlə abadlaşmaz: Xəyanət, oğurluq, şərab içmək və zina». (Biharul-ənvar, c.79, səh.19, hədis 4) 768. İmam Əli (ə): «Ədalətlə bərəkətlər qat-qat artır». (Ğurərul-hikəm, hədis 4211) 769. İmam Əli (ə): «Cinayətlər aşkar şəkildə ediləndə bərəkətlər aradan gedər». (Ğurərul-hikəm, hədis 4030) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 849 | Rating: 0.0/0 |
Total comments: 0 | |