«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Şənbə günü, 2024-12-21, 4:22 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Bərxəz

Bərzəx
Mizanul-hikmət
40. Bərzəx

226. Bərzəx

«Onların arxalarında dirilib duracaqları günə (Qiyamətə) kimi Bərzəx vardır». (Muminun, ayə 100)
Həmçinin müraciət et: Ali-İmran 169-171; Muminun 99; Ğafir 11.
Hədis:

761. İmam Sadiq (ə): «Vallah, sizin üçün Bərzəxdən qorxuram». (Ravi deyir:) Dedim: «Bərzəx nədir?» Buyurdu: «Qəbir - ölümdən Qiyamətə kimi!» (Nurus-Səqəleyn, c.3, səh.554, hədis 124)

227. Möminlərin rühları Bərzəxdə
Quran:
«Allah yolunda öldürülənləri heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi yeyirlər». (Ali-İmran, ayə169)

762. İmam Sadiq (ə): «Möminlərin ruhları Cənnətdə otaqlardadırlar. Oranın yeməklərindən yeyir, içməlilərindən içirlər. Bir-birilərinin görüşünə gedir və «Pərvərdigara! Bizə vəd etdiklərini həyata keçirmək üçün Qiyaməti bərqərar et!» deyirlər». (əl-Məhasin, c.1, səh.285, hədis 562)

228. Kafirlərin ruhları Bərzəxdə
763. İmam Sadiq (ə): «Kafirlərin ruhları Cəhənnəm odunun içindədir. Onları odun qarşısına gətirərlər və onlar «Pərvərdigara! Qiyaməti bərqərar etmə, bizə vəd etdiklərini həyata keçirmə və bizim birincimizi sonuncumuza yoldaş etmə!» deyərlər». (Biharul-ənvar, c.6, səh.270, hədis 127)

Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri


Category: Bərxəz | Added by: IslamQadini (2010-08-05)
Views: 909 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]