«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə axşamı, 2024-04-23, 7:13 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Batil

Batil
Mizanul-hikmət 
44. Batil
233. Batil
Quran:
     «Haqq gəldi və batil yox oldu. Həqiqətən batil yoxluğa məhkumdur». (İsra surəsi, ayə 81)
     «Xeyr, Biz haqqı batilin üzərinə salarıq, beləliklə onu yox edər və batil məhv olar. Vəsf etdiklərinizə görə vay olsun sizə!» (Ənbiya surəsi, ayə 18)
     Hədis:
     786. İmam Əli (ə): «Batil hiyləgər və aldadıcıdır».(Ğurərul-hikəm, hədis 549)
     787. İmam Əli (ə): «Batili mütləq parçalayaram ki, haqq onun böyründən çıxsın». (Nəhcül-bəlağənin şərhi, ibn Əbil Hədid, c.2, səh.185)
     788. İmam Əli (ə): «Haqq - Cənnət yoludur, batil od yolu və hər bir yolun üzərində (dayanıb ona) dəvət edən var». (Nəhcus-səadə, c.3, səh.291)
     789. İmam Əli (ə): «Batilə kömək edən kəs haqqa zülm edib». (Ğurərul-hikəm, hədis 6041)
     234. Haqqı batildən seçmək
     790. İmam Əli (ə): «Bilin! Haqq ilə batil arasında yalnız dörd barmaq fasilə var……Batil «eşitdim» deməyin, haqq isə «gördüm» deməyindir». (Nəhcül-bəlağənin şərhi, ibn Əbil Hədid, c.9, səh.72)
     235.Haqq ilə batilin bir-birinə qarışması
     Quran:
     «Haqqa batil donu geyindirməyin və bilə-bilə haqqı gizlətməyin». (Bəqərə surəsi, ayə 42)
     Hədis:
     791. İmam Əli (ə): «Əgər batil haqq ilə qarışmasa o, haqq axtaranlara gizli qalmaz. Əgər haqq batil ilə qarışmasa onun düşmənlərinin dili kəsilər. Lakin bir ovuc ondan və bir ovuc da bundan götürülür. (Beləliklə hərəsindən bir az götürülməklə haqq ilə batil bir-birinə qarışır və nəticədə şübhə meydana çıxır.)» (Nəhcül-bəlağənin şərhi, ibn Əbil Hədid, c.3, səh.240)
     792. İmam Əli (ə): «Nə çox azğınlıq ki, mis dirhəm gümüş üzlüklə bəzəndiyi kimi Allahın kitabından bir ayə ilə bəzənib». (Ğurərul-hikəm, hədis 6969)
     236. Batilin haqq olmasına yəqinliyin olmaması
     793. İmam Sadiq (ə): «Allah batili haqq kimi tanıtmaz. Allah haqqı möminin qəlbində şəkk-şübhə edilməyən batil kimi göstərməz. Allah batili haqq ilə mübarizə aparan kafirin qəlbində şəkk-şübhə edilməyən haqq kimi göstərməz. Əgər belə etməsəydi, haqq batildən seçilməzdi». (Biharul-ənvar, c.5, səh.303, hədis 12)
     794. İmam Sadiq (ə): «Qəlb heç vaxt haqqın batil və batilin haqq olmasına yəqinlik tapmaz». (Təfsirul-əyyaşi, c.2, səh.53, hədis 39)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri
Category: Batil | Added by: IslamQadini (2011-01-31)
Views: 751 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]