Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Beyət |
Beyət
Mizanul-hikmət 54. Beyət 274. Beyət Quran: «Sənə beyət edənlər şübhəsiz ki, Allaha beyət edirlər. Allahın (qüdrət) əli onların əllərinin üstündədir. Kim (beyəti) pozsa, ancaq öz əleyhinə pozmuşdur. Kim Allah ilə bağladığı beyətə vəfalı olsa, tezliklə Allah ona böyük bir mükafat verər». (Fəth surəsi, ayə 10) «Allahla əhd bağladığınız zaman ona vəfalı olun və andlarınızı möhkəmləndirdikdən sonra onları pozmayın». (Nəhl surəsi, ayə 91) Hədis: 928. Əli ibn İbrahim: «Həqiqətən Allah möminlərdən razı oldu» (Fəth surəsi, ayə 18) ayəsi «rizvan» (razılıq) beyəti barəsində nazil oldu və beyət edənlərlə şərt kəsdi ki, Peyğəmbərin işlərinə irad tutmasın və onun əmrlərindən boyun qaçırmasınlar. Allah-Taala «rizvan» (beyəti) ayəsi nazil olduqdan sonra buyurdu: «Səninlə beyət edənlər….». (Təfsirul-Qummi, c.2, səh.315) 929. Sələmə ibn əl-Əkvə «Hüdeybiyyə günü Peyğəmbərlə hansı işə görə beyət etdiniz?» sualının cavabında deyib: «Ölümə görə!» (Səhihu-Muslim, hədis 1760) 275. Qadınların beyəti Quran: «Ya Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri, özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı, bəyənilən işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən Allah bağışlayan və rəhm edəndir». (Mumtəhinə surəsi, ayə 12) Hədis: 930. İmam Cavad (ə): «Allahın Peyğəmbərinin qadınlarla beyəti belə idi ki, o Həzrət əlini içində su olan bir qabın içinə qoyub sonra çıxarardı və qadınlar Allaha olan imanlarını (dildə) iqrar və aşkar etməklə, Onun peyğəmbərini təsdiqləməklə əllərini həmin qabın içinə salardılar». (Tuhəful-uqul, səh.457) 276. Beyəti pozmaq 931. Allahın Peyğəmbəri (s): «Allah üç nəfərlə danışmayacaq …. (Onlardan biri də) öz imam və rəhbəri ilə dünyəvi məqsədlər üçün beyət edən şəxs. Əgər (imamı onun) istəyini yerinə yetirsə əhdinə vəfa edir, yerinə yetirməsə isə əl çəkir». (əl-Xisal, səh.107, hədis 70) 932. İmam Əli (ə): «Həqiqətən Bərzəx aləmində Həsinə adında bir şəhər var. Məndən həmin şəhərdə nə olmasını soruşmaq istəmirsiniz?» Dedilər: «Ey Əmirəl-möminin, o şəhərdə nə var?» Buyurdu: «Beyətlərini pozanların əlləri!» (Biharul-ənvar, c.67, səh.186, hədis 7) 933.İmam Rza (ə): «Beyətini pozan şəxs pis hadisədən amanda deyil». (Biharul-ənvar, c.67, səh.186, hədis 4) 277. Müsəlmanların imam Əli ilə beyəti 934. İmam Əli (ə): «Camaat! Siz məndən əvvəlkilərlə beyət olunduğu kimi mənimlə də beyət etdiniz. İnsanlar beyət edəndən qabaq azad və ixtiyar sahibidirlər. (Amma beyət etdikdən sonra mənə tabe olmaq məcburiyyətindədirlər.)» (əl-İrşad, c.1, səh.243) 935.İmam Əli (ə) «Təlhə və Zübeyr ilə nə üçün vuruşurdun?» sualının cavabında buyurmuşdur: «Çünki mənimlə olan beyəti pozdular və mənə tabe olan möminləri öldürdülər». (Nəhcüs-Səadə, c.1, səh.375) 936. İmam Əli (ə): «Mənə beyət etmək üçün gölməçənin ətrafına toplaşan susuz dəvələr kimi şövqlə ətrafıma toplaşdınız». (əl-İrşad, c.1, səh.260) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 792 | Rating: 0.0/0 |
Total comments: 0 | |