Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Bidət |
Bidət
![]() 37. Bidət 215. Bidət qoymaq 735. Allahın Peyğəmbəri (s): «Ən pis iş yeni ortaya çıxan və əvvəlcə misli görünməmiş işdir. Bilin! Hər bir bidət azğınlıqdır. Bilin! Hər bir azğınlığın sonu oddur». (Əmali-Mufid, səh.188, hədis 14) 736. Allahın Peyğəmbəri (s): «Məbada bidət bir sünnə yaradasan. Çünki əgər bəndə pis bir sünnə və adətin təməlini qoysa, onun günahı və ona əməl edənin günahı onun boynunadır». (Biharul-ənvar, c.77, səh.104, hədis 1) 737. İmam Əli (ə): «Qoyulan hər bir bidətə görə bir sünnə tərk edildi. Bidətlərdən çəkinin və aydın yolu tutun! Ən yaxşı iş keçmişi olan işdir. Onların ən pisi isə yeni yaranan və keçmişi olmayandır». (Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.9, səh.93) 738. İmam Əli (ə): «Bidətlər kimi heç nə dini viran və məhv etməyib». (Biharul-ənvar, c.78, səh.92, hədis 98) 216. Bidət qoyanlar 739. Allahın Peyğəmbəri (s): «Bidət qoyanlar insanların və yaradılmışların ən pisidir». (Kənzul-Ummal, hədis 1095, 1126) 740. Allahın Peyğəmbəri (s): «Bidət qoyanlar od əhlinin itləridir». (Kənzul-Ummal, hədis 1125) 217. Bidətin mənası 741. İmam Əli (ə): «Bidət qoyanlar Allahın əmri, Onun Kitabı və Peyğəmbəri ilə müxalifət edərək öz rəy və nəfsi istəkləri əsasında əməl edənlərdir, hərçənd ki, belələrinin sayı çoxdur». (Kənzul-Ummal, hədis 44216) 742. İmam Sadiq (ə): «Aralarında daha savadlı və alim ola-ola camaatı özünə tərəf çağıran kəs azğın bidətçidir». (Tuhəful-Uqul, səh.375) 218. Bidət qoyandan üz döndərmək
743. Allahın Peyğəmbəri (s): «Kim nifrət və ədavətlə bidət qoyandan üz döndərsə Allah onun qəlbini rahatlıq və imanla doldurar». (Kənzul-Ummal, hədis 5599) 744. Allahın Peyğəmbəri (s): «Bidət qoyan şəxsin üzünə təbəssüm edən kəs öz dininin məhv edilməsinə kömək edib». (Biharul-Ənvar, c.47, səh.217, hədis 4) 219. Bidət qoyan və ibadət 745. Allahın Peyğəmbəri (s): «Şeytan bidətə əməl edən şəxsi ibadətlə tək qoyar və ona itaətkarlıq hissi və göz yaşları verər». (Biharul-Ənvar, c.72, səh.216, hədis 8) 220. Bidət qoyanların əməllərinin batil olması 746. Allahın Peyğəmbəri (s): «Sünnəyə əsaslanan az əməl bidətlə olan çox əməldən daha yaxşıdır». (Əmali Tusi, səh.385, hədis 838) 747. Allahın Peyğəmbəri (s): «Allah bidət qoyanın tövbəsini qəbul etməz». (Biharul-ənvar, c.72, səh.216, hədis 8) 221. Bidət yaranan zaman alimlərin vəzifəsi 748. Allahın Peyğəmbəri (s): «Ümmətimin arasında bid’ətlər yaranan zaman alim öz elmini üzə çıxarmalıdır. Kim belə etməsə, Allahın Lənəti olsun ona!» (Əl-Kafi, c.1, səh.54, hədis 2) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 852 | Rating: 0.0/0 |
Total comments: 0 | |