Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Böhtan |
Böhtan
Mizanul-hikmət 52. Böhtan 272. Böhtan Quran: «Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər». (Əhzab surəsi, ayə 28) Həmçinin müraciət et: İsra 36; Nur 12-15; Hucurat 12 Hədis: 921. Allahın Peyğəmbəri (s): «Kim mömin kişiyə və ya qadına böhtan atsa, yaxud onun barəsində onda olmayan şeyi desə, Allah Qiyamət günü onu həmin şəxs barəsindəki sözünü geri götürənə kimi bir od təpənin üstündə saxlayar». (Biharul-ənvar, c.75, səh.194, hədis 5) 922. İmam Əli (ə): «Böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur». (Ğurərul-hikəm, hədis 10455) 923. İmam Əli (ə): «Günahsız adama böhtan atmaq səmadan da böyükdür». (Biharul-ənvar, c.78, səh.194, hədis 99) 924. İmam Səccad (ə): «Kim camaatda olan eyb barəsində danışsa, camaat onda olmayan eybi ona aid edər». (Biharul-ənvar, c.78, səh.160, hədis 21) 925. İmam Sadiq (ə) müdriklərin birindən nəql edərək buyurmuşdur: «Günahsız adama böhtan atmaq möhkəm dağlardan da ağırdır». (Biharul-ənvar, c.75, səh.194, hədis 3) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 848 | Rating: 0.0/0 |
Total comments: 0 | |