Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Cihad (2) Böyük cihad. Cihadi-əkbər |
Cihad (2)
Mizanul-hikmət 78. Cihad (2) Böyük cihad. Cihadi-əkbər 379. Cihadın növləri 1211. İmam Hüseyn(ə) «Cihad peyğəmbər sünnəsidir, yoxsa Allahın vacibatı?» sualına cavabında: «Cihad dörd növdür. Onların ikisi (ilahi) fərz (vacib), biri yalnız (ilahi) fərzlə (vaciblə birgə) olan sünnə, digəri isə (yalnız) sünnədir. Vacib olan iki cihad bunlardır: 1) İnsanın öz nəfsinin Allaha qarşı itaətsizliyini cilovlamaq üçün nəfsi ilə cihadı. Bu ən böyük cihaddır. 2) Sizinlə həmsərhəd olan kafirlərlə cihaddır. Bu da fərzdir. 3) Vaciblə birgə əməl olunan sünnət-bütün ümmətə vacib olan düşmən ilə cihaddır. Ümmət bu cihadı tərk etsə onlara əzab nazil olar və bu əzab bütün ümməti bürüyər. Həmin bu cihad imam üçün sün¬nədir, yəni, imam yalnız ümmətlə birgə düşmənə qarşı ci¬had edər. 4) Yalnız sünnə olan cihad, Peyğəmbərin (s) sünnəsini bərpa və həyatda tətbiq edərək qoruyub saxlamaqdır. Bu yolda səy göstərmək ən yaxşı əməldir, çünki Peyğəmbərin (s) sünnəsini diriltmək deməkdir.
Peyğəmbər (s) buyurmuşdur ki, sünnəsi və yaxşılıq qanununu bərqərar edən şəxsin mükafatını o Həzrətin (s) özü verəcəkdir. Bu sünnəyə əməl edənlərin özlərinin savabından heç bir şey əskilməyəcəyi halda həmin şəxs Qiyamət gününədək bu sünnəyə əməl edənlərin savabından faydalanacaq». (Tuhəful-uqul, səh.243) 1212. İmam Əli (ə): «Qadının cihadı ərinə yaxşı qulluq etməkdir». (əl-Xisal, səh.620, hədis 10) 380. Nəfs ilə cihada həvəsləndirmək 1213. Allahın Peyğəmbəri (s): «Mücahid - Allaha xatir öz nəfsi ilə cihad edəndir».(Kənzul-ummal, hədsis 11261) 1214. İmam Əli (ə): «Nəfsə qarşı cihad Cənnətin mehriyyəsidir». (Ğurərul-hikəm, hədis 4755) 1215. İmam Əli (ə): «Nəfsi istəklərin baş qaldıranda nəfsini cilovla və şübhələr yaranarkən nəfsini Allahın kitabına tərəf yönəlt». (Ğurərul-hikəm, hədis 5406) 1216. İmam Kazim (ə): «Nəfsin istəklərindən özünü çəkindirmək üçün nəfsinlə mübarizə apar. Çünki, nəfsinlə mübarizə düşməninlə mübarizə qədər sənə vacibdir».(Tuhəful-uqul, səh.399) 381. Böyük cihad (cihadi-əkbər) 1217. İmam Əli (ə): «Peyğəmbər (s) qoşunu müharibəyə göndərir. Qoşun müharibədən qayıdanda o Həzrət (s) :«Xoş gəldin deyirəm, cihadi-əsğəri (kiçik cihadı) yerinə yetirənlərə. Ancaq, böyük cihad hələ də onların öhdəsində qalmaqdadır». Ərz edirlər: «Ey Allahın Rəsulu, böyük cihad nədir?» Həzrət (s) buyurdu:«Nəfsə qarşı cihaddır». İmam (ə): «Ən üstün cihad, insanın iki yanının ortasında gizlənmiş nəfsi ilə cihaddır». (Məanil-əxbar, səh.160, hədis 1) 1218. İmam Əli (ə): «Ən üstün cihad nəfsani istəklərlə mübarizə və nəfsi dünya ləzzətlərindən çəkindirməkdir». (Ğurərul-hikəm, hədis 3232) 1219. İmam Baqir (ə): «Cihad kimi (böyük) fəzilət, nəfsin istəklərilə mübarizə kimi cihad yoxdur». (Tuhəful-uqul, səh.286) 382. Nəfslə mübarizənin üsulu 1220. İmam Əli (ə): «İnsan öz düşməni ilə mübarizə apardığı kimi, sən də öz nəfsinlə mübarizə apar və rəqib öz rəqibinə qalib gəldiyi tək, sən də öz nəfsinə qalib gəl. Çünki, insanların ən güclüsü öz nəfsinə qalib gələnidir». (Ğurərul-hikəm, hədis 4761) 1221. İmam Əli (ə): «Nəfsinizlə amansız döyüşərək onun cilovunu öz əlinizə alın».(Ğurərul-hikəm, hədis 2489) 383. Mübarizənin səmərəsi 1222. Allahın Peyğəmbəri (s): «Mübarizə ilə pis adətlərə qalib gəlmək olar». (Tənbihul-xəvatir, c.2, səh.119) 1223. Allahın Peyğəmbəri (s): «Öz nəfsani istəklərinizlə mübarizə aparın ki, qəlblərinizi hikmət bürüsün». (Tənbihul-xəvatir, c.2, səh.122) 1224. Allahın Peyğəmbəri (s): «Az yemək və içməklə öz nəfsinizlə cihada çıxın ki, mələklər başlarınız üzərinə kölgə salsın və şeytan sizdən qaçsın». (Tənbihul-xəvatir, c.2, səh.119) 1225. İmam Əli (ə): «Öz nəfsi istəklərinlə döyüş, qəzəbinə üstün gəl və nəfsin paklaşana qədər özünün pis adətlərinə qarşı çıx ki, əqlin kamala yetişsin və Rəbbinin mükafatından tam faydalana biləsən». (Ğurərul-hikəm, hədis 4760) 1226. İmam Əli (ə): «Nəfslə döyüş və nəfsi saxlamaq dərəcələri (mənəvi məqamları) yüksəldər, yaxşılıqları ikiqat artırar». (Ğurərul-hikəm, hədis 5407) 1227. İmam Əli (ə): «Nəfs mübarizə ilə islah olunar». (Ğurərul-hikəm, hədis 4319) | |
Views: 1332 | Rating: 0.0/0 |
Total comments: 0 | |