«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Çərşənbə günü, 2024-04-24, 4:51 PM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Cəbr,( Alın yazısı)

Cəbr (Alın yazısı)
Mizanul-hikmət 
60. Cəbr (Alın yazısı)
316. Cəbrin səhv olması
(Cəbrdən məqsəd icbar və məcburiyyətdir. Bu kəlmə İslam maarifi insiklopediyasında həmin mənada azadlığın antonimi termin şəklində işlədilir)
316. Cəbrin səhv olması
     1029. İmam Əli (ə) cəbrin səhv olması barədə buyurmuşdur: «Əgər belə olsaydı, onda savab və cəza, (yaxşı işlər görməyə) əmr (etmək) və (pis işlərdən) çəkindirmək və çirkin əməllərdən çəkindirmək əbəs işə çevrilərdi. Vəd və təhdid mənasını itirər, pis əməl sahibi qınanmaz və xeyir əməl sahibi təşviq edilməzdi. Hətta, yaxşı əməl sahibi məzəmmətə bəd əməl sahibindən, çirkin əməl sahibi isə savab və mükafata yaxşı əməl sahibindən daha layiq olardı. Cəbr əqidəsi bütpərəstlərin və Rəhman olan Allahın düşmənlərinin sözüdür».(Biharul-ənvar, c.5, səh.13 hədis 19)
     1030. İmam Sadiq (ə): «Səbəbinə görə bəndəni qınaya bildiyin hər bir şey onun öz işi, bəndəni səbəbinə görə qınaya bilmədiyin hər şey Allahın işidir. Allah-Taala bəndəsinə: «Nə üçün itaətsizlik etdin? Nə üçün günah etdin? Nə üçün şərab içdin? Nə üçün zina etdin?» buyurur.Deməli bunlar bəndənin işidir. Lakin Allah bəndəyə «Nə üçün xəstələndin? Nə üçün boyun qısadır? Nə üçün dərin ağdır? Nə üçün dərin qaradır?» demir. Çünki bu işlər Allah-Taalanın işləridir». (Biharul-ənvar, c.5, səh.59 hədis 109)
     1031. İmam Kazim (ə): «Günahlar barəsində yalnız üç fərziyyə mövcuddur: Onlar ya Allah tərəfindəndir (Əlbəttə, bu belə deyil). Belə olan halda, Allaha bəndəni etmədiyi şeyə görə əzab vermək yaraşmaz. Yaxud, həm Allah və həm də bəndənin - hər ikisinin tərəfindəndir (Əlbəttə, belə də deyil). Bu halda da, güclü şərikin zəif şərikinə zülm etməsi rəva deyil. Yaxud da bəndənin özü tərəfindəndir (Əlbəttə, bu belədir). Belə olduqda, Allah onu bağışlasa öz böyüklük və comərdliyinə görə bağışlamış, cəza versə bəndənin öz günahına görə cəzalandırmışdır». (Biharul-ənvar, c.78, səh.323 hədis 23)
     317. Nə cəbr, nə də təfviz! (Təfviz də İslam maarifi terminlərindən biridir və mənası bəndənin işlərinin tam şəkildə onun özünə həvalə edilməsidir)
     1032. İmam Baqir və imam Sadiq (ə): «Allah yaratdıqlarına qarşı o qədər mehribandır ki, onları günah işlərə məcbur edib, sonra onlara buna görə əzab verməz. Həmçinin, Allah o qədər qüdrətlidir ki, Onun bir şeyi istəməsi və həmin şeyin olmaması qeyri-mümkündür». Rəvayəti nəql edən deyir: O Həzrətdən soruşdular: «Məgər cəbr və qədər (ixtiyar ilə təfviz) arasında üçüncü bir dərəcə var?» Buyurdu: «Bəli! Yerlə göy arasındakı fəzadan da geniş olan bir dərəcə!» (ət-Tovhid, səh.360, hədis 3)
     1033. İmam Sadiq (ə) Müfəzzəl ibn Ömər tərəfindən nəql olunan bir rəvayətdə buyurur: «Nə cəbrdir, nə təfviz, bunların ikisinin arasında olan bir işdir». Soruşdum: «Bu iki işin arasındakı iş nədir?» Buyurdu: «Məsələn, sən günah edən bir kişini görürsən və onu həmin işdən çəkindirirsən. Ancaq, həmin şəxs bunu qəbul etmir, sən onu özbaşına buraxırsan və həmin günahı edir. Deməli, sənin yasaqlarını saymadığına görə onu özbaşına buraxdığın üçün ona günah etməyi əmr etdiyini demək olmaz!» (Biharul-ənvar, c.5, səh.17, hədis 27)
     318. Allah yaxşılıqlara daha çox layiqdir
     1034. İmam Rza (ə): «Allah-Taala buyurdu: «Ey Adəm övladı! Sən Mənim istəyimlə istəyir, vacib etdiklərimi Mənim nemətlərimlə Mənim üçün yerinə yetirir, Mənim qüdrətimlə Mənə qarşı itaətsizlik və günah etməyə qadir olursan. Mən səni eşidən və görən yaratdım. Mən yaxşı işlərinə səndən daha layiqəm və sən pisliklərə daha çox layiqsən». (Biharul-ənvar, c.5, səh.4, hədis 3)
     319. Cəbrilər və Qədərilər (Qəzavü-qədəri inkar edərək hər bir kəsin ğz əməlində azad olduğunu deyən firqə)
     1035. İmam Sadiq (ə): «Kim Allahın öz bəndələrini günah işlərə məcbur etməsini və ya onların boynuna güclərindən artıq vəzifə qoymasını düşünsə, beləsinin kəsdiyindən yeməyin, şəhadətini qəbul etməyin, arxasında namaz qılmayın və zəkatdan ona bir şey verməyin». (Biharul-ənvar, c.5, səh.11, hədis 17)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Cəbr,( Alın yazısı) | Added by: IslamQadini (2011-02-10)
Views: 1668 | Rating: 4.0/2
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]