Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Cavab |
Cavab
Mizanul-hikmət 82. Cavab 405. Cavab 1288. İmam Əli (ə): Cavablar qarışıq və çox olarsa, doğru cavab gizli qalar». (Nəhcül-bəlağə, hikmət 243) 1289. İmam Əli (ə): «Bəzən dilli dilavərlər də cavab verməkdə aciz qalarlar». (Ğurərul-hikəm 5378) 1290. İmam Əli (ə): «Cavab verməkdə tələsən şəxs, doğru cavabı tapmaz». (Ğurərul-hikəm, 8640) 1291. İmam Əli (ə): «Doğru cavab fəzilət və elmin nişanələrindəndir». (Ğurərul-hikəm, hədis 9417) 1292. İmam Əli (ə): «Tündməzaclığı kənara qoy, səbəbini fikirləş, özünü boş və mənasız sözlərdən saxla ki, xətalardan amanda qalasan». (Ğurərul-hikəm, 5136) 1293. İmam Əli (ə): «Cahilin müqabilində səbr və təmkin göstərsən, şübhəsiz ki, ona ən yaxşı cavabı vermiş olarsan». (Ğurərul-hikəm, hədis 4104) 1294. İmam Əli (ə): «Çox sözlər var ki, onların cavabı sükutdur». (Ğurərul-hikəm, hədis 5303) 1295. İmam Sadiq (ə): «Hər suala cavab verən şəxs ağılsızdır». (Məanil-əxbar, səh.238, hədis 2) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 800 | Rating: 0.0/0 |
Total comments: 0 | |