«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 7:37 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Cihad (3)

Cihad (3)
Mizanul-hikmət 
79. Cihad (3)
384. Allaha itaətdə çalışqanlıq
1228. İmam Əli (ə): «Həmişə çalışqan, zəhmətkeş və hazır olun». (Nəhcül-bəlağə, xütbə 230)
     1229. İmam Əli (ə): «Allahın itaətinə yalnız səy göstərmək və var gücü ilə çalışmaqla nail olmaq olar».(Ğurərul-hikəm, hədis 6009)
     1230. İmam Sadiq (ə): «Bilin ki, Allahla bəndələr arasında, onların (bəndələrin) itaətindən başqa heç şey, nə müqərrəb (Allah dərgahına yaxın olan) mələk, nə də mürsəl peyğəmbər vasitə ola bilməz. Buna görə, Allaha itaət etməyə çalışın». (əl-Kafi, c.8, səh.7, hədis 11)
     385. Ən çalışqan insanlar
     1231. Allahın Peyğəmbəri (s): «Ən çalışqan insanlar günahları tərk edən insanlardır». (Əmali, Şeyx Səduq, səh.28, hədis 4)
     1232. Allahın Peyğəmbəri (s): «Ən üstün cihad budur ki, insan sübhü heç kəsə zülm etməmək niyyəti ilə açsın». (əl-Məhasin, c.1, səh.456, hədis 1053)
     1233. İmam Baqir (ə) «Mən əməlimdə zəif bir insanam, az namaz qılıb oruc tutsam da, çalışıram ki, ancaq halal yemək yeyim və yalnız halalımla (cinsi) yaxınlıq edim» deyən şəxsin cavabında buyurub: «Qarnını və ayıb yerini qorumaqdan üstün cihad nə ola bilər?!» (əl-Məhasin, c.1, səh.455, hədis 1052)
     
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Cihad (3) | Added by: IslamQadini (2011-05-24)
Views: 913 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]