Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Divanəlik |
Divanəlik
Mizanul-hikmət 76. Divanəlik 369. Divanəliyin növləri 1183. Allahın Peyğəmbəri (s): «Gənclik divanəliyin bir budağıdır». (əl-İxtisas,səh.343) 1184. İmam Əli (ə): «Əsəbilik divanəliyin bir növüdür, çünki əsəbi adam peşman olar. Əgər peşman olmursa divanəliyi yerindədir». (Nəhcül-bəlağə, hikmət 255) 1185. İmam Sadiq (ə):«Verilən sualların hamısına cavab verən şəxs divanədir». (Məanil-əxbar, səh.238, hədis 2) 370. Həqiqi divanə 1186. Mişkatul-Ənvar kitabından: «Peyğəmbər (s) bir ruhi xəstənin yanından keçərkən soruşur: «Ona nə olub?» Dedilər ki, divanədir. Peyğəmbər (s): «Xeyr! Ona müsibət üz verib, divanə dünyanı axirətdən üstün tutandır». (Mişkatul-ənvar, səh.270) 1187. Həmin kitabdan: «Peyğəmbər (s) səhabələrlə oturmuşdu və bir kişi onların yanından keçib getdi. Səhabələrdən biri dedi: «Bu kişi divanədir» Həzrət (s) buyurdu: «Xeyr, ona müsibət üz veribdir. Divanə, öz gəncliyini Allahdan qeyrisinə itaətdə hədər edən kişi və ya qadındır». (Mişkatul-ənvar, səh.169) 1188. Cabir ibn Əbdullah Ənsari: «Peyğəmbər (s) epilepsiyaya tutulmuş bir kişi ilə qarşılaşdıqda… buyurdu: «Bu divanə deyil. Sizə həqiqi divanədən xəbər verimmi?»… Buyurdu: «Həqiqi divanə təkəbbürlə yol gedən və özündən razı halda çiyinlərini tərpədəndir, (qürur və təkəbbürə işarədir). O divanə, bu isə xəstədir». (Məanil-əxbar, səh. 237) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri | |
Views: 863 | Rating: 0.0/0 |
Total comments: 0 | |