Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Dözümsüzlük edib fəryad qoparmaq |
Dözümsüzlük edib fəryad qoparmaq
Mizanul-hikmət 65. Dözümsüzlük edib fəryad qoparmaq 328. Dözümsüzlük edib fəryad qoparmaqdan çəkindirmək Quran: «Həqiqətən insan çox səbrsiz və dözümsüz yaradılmışdır. Ona bir pislik üz verəndə dözümsüzlük edərək fəryad qoparar. Ona bir xeyir nəsib olduqda isə xəsislik edər». (Məaric surəsi, ayə 19-21) Hədis: 1064. Allahın Peyğəmbəri (s): «Allah iki səsə nifrət edir: «müsibət vaxtı qoparılan vay-şivənə, şadlıq zamanı isə çal-çağıra». (Tuhəful-uqul, səh.40) 1065. İmam Əli (ə): «Dözümsüzlük edib fəryad qoparmaqdan çəkin. Çünki, o ümidi kəsər, işi zəiflədər və qəm-qüssə gətirər. Bil ki, iki çıxış yolu var: Ya çətinliyin çarəsi var və onun çarəsini tapmaq lazımdır, ya da ki, çarəsi yoxdur və onda da, səbr etmək lazımdır». (Biharul-ənvar, c.82, səh.144, hədis 29) 1066. İmam Əli (ə): «Dözümsüzlük edərək fəryad qoparmağa səbrlə qalib gəlin. Çünki, dözümsüzlük edərək fəryad qoparmaq əcri aradan aparar və müsibəti daha da böyüdər». (Ğurərul-hikəm, hədis 2527) 1067. İmam Əlinin (ə) Süffeyn döyüşündə ölənlərə görə qadınların fəryad və şivən qoparmalarını eşidərkən buyurduqlarından: «Qadınlarınız eşitdiyim bu ağlaşma səsi ilə sizlərə hakim olub? Nə üçün onların bu nalə və fəryadlarının qarşısını almırsınız?»(Nəhcül-bəlağə, hikmət 322) 1068. İmam Baqir (ə): «Dözümsüzlüyün ən pisi vay-şivən etmək, başa və sinəyə vurmaq, saçı yolmaqdır. Ağı deyən şəxs səbrliliyi tərk etmişdir». (Musəkkinul-fuad, səh.99) 1069. İmam Kazim (ə): «Müsibət səbr edən üçün bir, dözümsüzlük edən üçün isə ikidir». (Tuhəful-uqul, səh.414) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri
| |
Views: 928 | Rating: 0.0/0 |
Total comments: 0 | |