Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Fədakarlıq |
Mizanul – hikmət (Hedis)
Fədakarlıq
1.Fədakarlığın dəyəri. 1.İmam Əli (ə):«Fədakarlıq ən ali insani sifətdir.» (Ğurərul-Hikəm, hədis 986) 2.İmam Əli (ə):«Fədakarlıq yaxşı əməl sahiblərinin xislətidir.»(Ğurərul-Hikəm, hədis 606) 3.İmam Əli (ə):«Fədakarlıq yaxşılıqların ən gözəli və imanın dərəcələrinin ən üstünüdür.«(Ğurərul-Hikəm, hədis 1705) 4.İmam Əli (ə):«Fədakarlıq ibadətlərin ən üstünü və ağalığın ən böyüyüdür.»(Ğurərul-Hikəm, hədis 1148) 5.İmam Əli (ə):«Səxavətliliyin ən üstünü fədakarlıqdır.»(Ğurərul-Hikəm, hədis 2888) 6.İmam Əli (ə):«Başqaları ilə insafla, möminlərlə isə fədakarlıqla davran.» (Ğurərul-Hikəm, hədis 6342) 7.İmam Əli (ə):«Nəcib əxlaqın ən yüksək mərtəbəsi fədakarlıqdır.»(Ğurərul-Hikəm, hədis 6361) 8.İmam Əli (ə):« Azad insanlar fədakarlıqla qul edilirlər.»(Ğurərul-Hikəm, hədis 4187) 2.Fədakarların dəyəri. Quran: «Mühacirlərdən əvvəl (Mədinədə) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilənlərə (qənimətlərə) ürəklərində ehtiyac (və həsəd) duymaz, özləri ehtiyac içində olsalar belə onları özlərindən üstün tutardılar. Nəfsinin xəsisliyindən, tamahından qorunub saxlanılan kimsələr . məhz onlar nicat tapıb səadətə qovuşanlardır»(Həşr, ayə 9) Hədis: 9.Əbu Hüreyrə:«Bir kişi Peyğəmbərin (s) yanına gəlib aclıqdan şika¬yətləndi. Allahın Peyğəmbəri (s) bir nəfəri zövcələrinin evinə gön¬dər¬di. Amma onlar dedilər:«Sudan başqa bir şeyimiz yoxdur.» Pey¬ğəm¬bər (s) buyurdu:« Bu kişini bu axşam kim qonaq aparar?» Əli ibn əbu Talib (ə) dedi:«Ey Allahın Peyğəmbəri, mən onu qonaq apa¬ra¬ram.» Sonra Fatimənin (s.ə.) yanına gəlib dedi:«Ey Allahın Pey¬ğəmbərinin qızı, yeməyə nəyin var?» Fatimə dedi:«Şam yeməyindən başqa bir şeyimiz yoxdur, amma qonağı özümüzdən üstün tutar, qabağa salarıq.» Həzrət buyurdu:«Ey Məhəmmədin qızı! Uşaqları yatızdır və çıraqları söndür.» Əli (ə) səhər Peyğəmbərin (s) yanına gəlib baş verənləri Həzrətə danışandan sonra çox keçmədi ki, Allah-taala «…özlərindən üstün tutarlar . . . . . .» ayəsini nazil etdi.»(Nurus-Səqəleyn, c.5, səh. 285, hədis 53) 10.Ayişə:«Allahın Peyğəmbəri (s) dünyadan köçənə kimi heç vaxt üç gün dalbadal doyunca yemək yemədi. Əgər istəsəydi, doyunca yeyə bilərdi. Amma başqalarını özündən üstün tutur, qabağa salırdı.»(Tənbihul-xəvatir, c.1, səh.172) 11.Əbuttufeyl:«Əli (ə) xoşu gələn bir paltar aldı. Sonra onu sədəqə verib buyurdu:«Allahın Peyğəmbərindən(s) eşitmişəm ki, «hər kim fədakarlıq edərək başqasını özündən qabağa salsa, Allah Qiyamət günü ona Cənnəti bağışlayar.» (Nurus-Səqəleyn, c.5, səh.285, hədis 52) 12.İmam Sadiq (ə):«Fatimənin (ə. s) evində bir az arpa var idi və o, ondan quymaq hazırladı. Yemək hazır olandan sonra onu qarşılarına qoydular (ki, yesinlər). (Birdən) Bir yoxsul gəlib çıxdı və dedi:«Allah sizə rəhm etsin!» Əli durub yeməyin üçdə birini ona verdi. Çox keçmədi ki, bir ye¬tim gəlib dedi:«Allah sizə rəhm etsin!» Əli (ə) durub yeməyin digər üçdə bir hissəsini ona verdi. Sonra bir əsir gəlib dedi:«Allahın rəhmi olsun sizə!» Əli (ə) durub yeməyin qalan üçdə birini də ona verdi və özü həmin yeməkdən heç dadmadı. Sonra Allah onların barəsində bu ayəni nazil etdi və həmin ayə Allaha görə belə bir fədakarlıq edən hər bir möminə də şamildir.»(Nurus-Səqəleyn, c.5, səh.470, hədis 20) | |
Views: 966 | Rating: 2.0/2 |
Total comments: 0 | |