Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Gözəllik |
Gözəllik
![]() 72. Gözəllik 350. Allah gözəldir və gözəlliyi sevir Quran: «De: Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur? De: Bunlar, dünyada iman gətirən üçündür, Qiyamət günündə isə yalnız möminlərə məxsusdur». (Əraf surəsi, ayə 32) Hədis: 1126. Allahın Peyğəmbəri (s): «Allah-Taala gözəldir və gözəlliyi sevir. Nemətinin nişanəsini bəndəsində görməyi də sevir. O, yoxsulluğa və özünü yoxsul göstərməyə nifrət edir». (Kənzul-ummal, hədis 17166) 1127. Allahın Peyğəmbəri (s): «Allah-Taala möminin öz qardaşlarının yanına səliqəli və bəzənmiş halda getməsini sevir». (Məkarimul-əxlaq, c.1, səh.85, hədis 1) 1128. Allahın Peyğəmbəri (s): «Sizin hər biriniz bığ və burnunun tükünü bir az qısaltmalı və özünə baxmalıdır. Çünki, bu işlər gözəlliyi daha da artırır». (Qurbul-isnad, səh.67, hədis 215) 1129.İmam Sadiq (ə): «Gözəl paltar geyin. Çünki Allah gözəldir və gözəlliyi sevir. Amma, gərək halaldan olsun». (Vəsailuş-şiə, c.3, səh.340, hədis 4) 351. Gözəl üz 1130. Allahın Peyğəmbəri (s): «Gözəlliyin bəlası qürurdur». (Biharul-ənvar, c.77, səh.59, hədis 3) 1131. Allahın Peyğəmbəri (s): «Mömin kişiyə verilmiş ən yaxşı şey gözəl əxlaqdır. İnsana verilmiş ən pis şey isə gözəl üzdə pis qəlbin olmasıdır». (Kənzul-ummal, hədis 5170) 1132. Allahın Peyğəmbəri (s): «Xeyir və yaxşılığı üzü gözəl olanlarda axtarın. Çünki,onların etdikləri gözəllikdə daha gözəldir». (Uyuni əxbari Rza (ə), c.2, səh.74, hədis 344) 1133. İmam Əli (ə): «Möminin üzünün gözəlliyi Allahın ona olan hüsn-rəğbətindəndir». (Ğurərul-hikəm, hədis 4848) 352. Saça dəyər vermək 1134. Allahın Peyğəmbəri (s): «Gözəl saç ilahi örtükdür. Buna görə, də onu qiymətləndirin». (Vəsailuş-şiə, c.1, səh.432, hədis 2) 1135. Allahın Peyğəmbəri (s): «Saçını uzadan ona yaxşı qulluq etməlidir, əks halda onu qısaltsın». (Vəsailuş-şiə, c.1, səh.432, hədis 1) 353. Batini gözəllik 1136. Allahın Peyğəmbəri (s): «Gözəllik dildədir». (Tuhəful-uqul, səh.37) 1137. Allahın Peyğəmbəri (s): «Ağıldan gözəl gözəllik yoxdur». (Nəhcus-səadə, c.1, səh.51) 1138. Allahın Peyğəmbəri (s): «Sağlamlıqdan gözəl paltar yoxdur». (Biharul-ənvar, c.77, səh.381, hədis 5) 1139. İmam Əli (ə): «Allah-Taala qadının çöhrəsini (və gözəlliyini) onun üzündə, kişinin çöhrəsini (və gözəlliyini) isə onun dilində qoyub». (Biharul-ənvar, c.71,səh.293, hədis 63) 1140. İmam Əskəri (ə): «Üzün gözəlliyi zahirin gözəlliyi, ağlın gözəlliyi isə batinin gözəlliyidir». (Əlamud-din, səh.313) Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhrö | |
Views: 1080 | Rating: 0.0/0 |
Total comments: 0 | |