«Ey iman gətirənlər! Qadınlara zorla (və onlara narahatlıq torətməklə) varis cıxmaq sizə halal deyildir!...».(Nisa suresi. 19-cu aye.)
Cümə günü, 2024-04-19, 6:21 AM
Main » Articles » Mizanul – hikmət (1-ci cild) » Gülərüzlülük

Gülərüzlülük
Mizanul-hikmət
42. Gülərüzlülük

231. Gülərüzlülük


770. Allahın Peyğəmbəri (s): «Gülərüzlülük kini təmizləyir». (əl-Kafi,c.2,səh.103,hədis 6)
771. Allahın Peyğəmbəri (s): «Qardaşınla gülərüz görüş». (əl-Kafi,c.2,səh.103,hədis 3)
772. Allahın Peyğəmbəri (s): «Siz heç vaxt insanların hamısına öz malınızla fayda verə bilməzsiniz. Buna görə də onlarla (heç olmasa) açıq və gülər üzlə görüşün». (əl-Kafi,c.2,səh.103,hədis 1)
773. İmam Əli (ə): «Gülərüzlülük dostluq kəməndidir». (Biharul-ənvar, c.69, səh.409, hədid 12)
774. İmam Əli (ə): «Gülərüzlülük azad insanın xislətidir». (Ğurərul-hikəm, hədis 656)
775. İmam Əli (ə): «Gülərüzlülük məhəbbət kəndiridir». (Ğurərul-hikəm, hədis 5546)
776. İmam Əli (ə): «Möminin sevinci üzündə, qüdrəti dinində, kədəri qəlbindədir». (Ğurərul-hikəm, hədis 3454)
777. İmam Əli (ə): «Gülərüzlülüyün sənin alicənablığın və nəfsinin kəramətinin nişanəsidir». (Ğurərul-hikəm, hədis4453)
778. İmam Əli (ə): «Qardaşlarınızla görüşən zaman bir-birinizə əl verin, onlara gülərüzlülük və təbəssüm göstərin ki, ayrılarkən günahlarınız tökülsün». (Biharul-ənvar, c.76, səh.20, hədis 3)
779. İmam Əli (ə): «İnsanların, dostlarının ürəklərini ələ almaları və düşmənlərinin qəlbindən kinləri təmizləmək üçün ən yaxşı vasitə onlarla qarşılaşanda gülərüzlü olmaları, yanlarında olmayanda halları ilə maraqlanmaları və yanlarında olanda təbəssüm etmələridir». (Biharul-ənvar, c.78, səh.57, hədis 124)

Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri

Category: Gülərüzlülük | Added by: IslamQadini (2010-08-05)
Views: 930 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]